https://sputnik.az/20221130/azerbaycanla-pakistan-arasinda-bezi-mehsullar-gomruk-rusumundan-azad-edile-biler-449133556.html
Azərbaycanla Pakistan arasında bəzi məhsullar gömrük rüsumundan azad edilə bilər
Azərbaycanla Pakistan arasında bəzi məhsullar gömrük rüsumundan azad edilə bilər
Sputnik Azərbaycan
Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatası prezidentinin sözlərinə görə, hər iki ölkə qarşılıqlı ticarət dövriyyəsinin artırılması üçün böyük potensiala... 30.11.2022, Sputnik Azərbaycan
2022-11-30T21:53+0400
2022-11-30T21:53+0400
2022-11-30T21:53+0400
pakistan
iqtisadiyyat
azərbaycan
idxal rüsumu
https://cdnn1.img.sputnik.az/img/07e5/01/0b/425927699_0:0:3071:1728_1920x0_80_0_0_2141fec976230ddcbfabc2c8f2ed859d.jpg
BAKI, 30 noyabr — Sputnik. Azərbaycan və Pakistan bir sıra məhsulların gömrük rüsumlarından azad edilməsi ilə bağlı danışıqlar aparır.Bunu noyabrın 30-da Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PakAzCham) prezidenti Cavaid Bhatti "Ticarət və ixracat" adlı forum zamanı deyib.Onun sözlərinə görə, hər iki ölkə qarşılıqlı ticarət dövriyyəsinin artırılması üçün böyük potensiala malikdir və bu gün Azərbaycan məhsullarının Pakistan bazarına daxil olması üçün danışıqlar aparılır."Burada söhbət tekstil məhsulları və digər məhsul növlərindən gedir. Həmçinin, pambıq və kosmetika məhsullarının gömrük rüsumlarından azad edilməsi planlaşdırılır", - deyə o bildirib.PakAzCham prezidenti qeyd edib ki, yaxın zamanlarda tikinti sahəsi üzrə pakistanlı nümayəndə heyətinin Azərbaycana səfəri planlaşdırılır.Xatırladaq ki, bundan öncə Pakistanın Azərbaycandakı səfiri Bilal Haye "Report"a deyib ki, Azərbaycanla Pakistan arasında Tranzit Ticarət Sazişinin imzalanması üzərində iş aparılır."Azərbaycanla Pakistan bir-birilərinin qonşuluğunda yerləşmirlər. İki ölkə bir-birinə məhsul göndərmək üçün digər ölkələrin sərhədindən keçməlidirlər. Ona görə də bu cür sazişin imzalanması çox mühümdür. Bu saziş Azərbaycanla Pakistan arasında məhsulların göndərilməsi zamanı gömrükdə işi asanlaşdıracaq. İki ölkənin hökumətləri sənəd üzərində fəal iş aparır. Ümid edirik ki, sazişlə bağlı işlər tezliklə yekunlaşacaq", - deyə o qeyd edib.Bundan başqa, səfir əlavə edib ki, Azərbaycanla Pakistan arasında Preferensial Ticarət Sazişinin imzalanması istiqamətində də iş aparılır və bu prosesin 2022-ci ildə yekunlaşması gözlənilir."Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsinin dəyəri çox deyil. Mövcud rəqəmin tezliklə artacağına inanırıq. Çünki biz çox vacib iki sənəd üzərində işləyirik. Ümid edirik ki, bu sazişlər tezliklə imzalanacaq, ikitərəfli ticarətimizdə böyük artım olacaq", - deyə səfir qeyd edib.Xatırladaq ki, 2021-ci ildə Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsinin dəyəri 11 milyon 729 min ABŞ dolları təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 11,6% azdır.Bu ilin yanvar-avqust aylarında isə iki ölkənin ticarət dövriyyəsinin dəyəri 16 milyon 172 min ABŞ dolları olub. Bu isə 1 il əvvələ nisbətən 2,3 dəfə çoxdur.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/0b/425927699_85:0:2816:2048_1920x0_80_0_0_060bd3715e21094128c5feeef2dee36c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
pakistan, azərbaycan, idxal rüsumu
pakistan, azərbaycan, idxal rüsumu
Azərbaycanla Pakistan arasında bəzi məhsullar gömrük rüsumundan azad edilə bilər
Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatası prezidentinin sözlərinə görə, hər iki ölkə qarşılıqlı ticarət dövriyyəsinin artırılması üçün böyük potensiala malikdir.
BAKI, 30 noyabr — Sputnik. Azərbaycan və Pakistan bir sıra məhsulların gömrük rüsumlarından azad edilməsi ilə bağlı danışıqlar aparır.
Bunu noyabrın 30-da Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PakAzCham) prezidenti Cavaid Bhatti "Ticarət və ixracat" adlı forum zamanı deyib.
Onun sözlərinə görə, hər iki ölkə qarşılıqlı ticarət dövriyyəsinin artırılması üçün böyük potensiala malikdir və bu gün Azərbaycan məhsullarının Pakistan bazarına daxil olması üçün danışıqlar aparılır.
"Burada söhbət tekstil məhsulları və digər məhsul növlərindən gedir. Həmçinin, pambıq və kosmetika məhsullarının gömrük rüsumlarından azad edilməsi planlaşdırılır", - deyə o bildirib.
PakAzCham prezidenti qeyd edib ki, yaxın zamanlarda tikinti sahəsi üzrə pakistanlı nümayəndə heyətinin Azərbaycana səfəri planlaşdırılır.
Xatırladaq ki, bundan öncə Pakistanın Azərbaycandakı səfiri Bilal Haye "Report"a deyib ki, Azərbaycanla Pakistan arasında Tranzit Ticarət Sazişinin imzalanması üzərində iş aparılır.
"Azərbaycanla Pakistan bir-birilərinin qonşuluğunda yerləşmirlər. İki ölkə bir-birinə məhsul göndərmək üçün digər ölkələrin sərhədindən keçməlidirlər. Ona görə də bu cür sazişin imzalanması çox mühümdür. Bu saziş Azərbaycanla Pakistan arasında məhsulların göndərilməsi zamanı gömrükdə işi asanlaşdıracaq. İki ölkənin hökumətləri sənəd üzərində fəal iş aparır. Ümid edirik ki, sazişlə bağlı işlər tezliklə yekunlaşacaq", - deyə o qeyd edib.
Bundan başqa, səfir əlavə edib ki, Azərbaycanla Pakistan arasında Preferensial Ticarət Sazişinin imzalanması istiqamətində də iş aparılır və bu prosesin 2022-ci ildə yekunlaşması gözlənilir.
"Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsinin dəyəri çox deyil. Mövcud rəqəmin tezliklə artacağına inanırıq. Çünki biz çox vacib iki sənəd üzərində işləyirik. Ümid edirik ki, bu sazişlər tezliklə imzalanacaq, ikitərəfli ticarətimizdə böyük artım olacaq", - deyə səfir qeyd edib.
Xatırladaq ki, 2021-ci ildə Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsinin dəyəri 11 milyon 729 min ABŞ dolları təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 11,6% azdır.
Bu ilin yanvar-avqust aylarında isə iki ölkənin ticarət dövriyyəsinin dəyəri 16 milyon 172 min ABŞ dolları olub. Bu isə 1 il əvvələ nisbətən 2,3 dəfə çoxdur.