Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda pambıq yığımında vəziyyət necədir?

© Photo : Ministry of Agriculture (Azerbaijan)Azərbaycanda pambıq yığımı
Azərbaycanda pambıq yığımı - Sputnik Azərbaycan, 1920, 30.11.2022
Abunə olmaq
Ağcabədi, Beyləqan, Bərdə, Saatlı, Tərtər, Yevlax və Zərdabda orta məhsuldarlıq göstəricisi ümumrespublika göstəricisindən yüksəkdir.
BAKI, 30 noyabr — Sputnik. Respublikada pambıq yığımı davam edir. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, noyabrın 29-dək fermerlər tərəfindən kondisiya çəkidə 295 min 645 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Hazırda respublika üzrə pambığın orta məhsuldarlığı 28.35 sent/ha təşkil edir.
Pambıq əkini aparılmış 16 rayondan 7-də - Ağcabədi, Beyləqan, Bərdə, Saatlı, Tərtər, Yevlax və Zərdabda orta məhsuldarlıq göstəricisi ümumrespublika göstəricisindən yüksəkdir.
Bu il Azərbaycanın 16 rayonunda ümumilikdə 100 min hektardan artıq sahədə pambıq əkini aparılıb. Ən çox pambıq Saatlı, Ağcabədi, Sabirabad və Bərdə rayonunlarının ərazisində əkilib. Bu rayonların ərazisində pambıq əkinlərinin sahəsi 11 min hektardan çoxdur. Ümumilikdə respublika üzrə pambıq əkini sahələrinin 45 faizdən çoxu bu 4 rayonun payına düşür.
Aqrar Subsidiya Şurasının qərarına əsasən, bu ildən tədarük məntəqələrinə təhvil verilən pambığa görə yalnız məhsul subsidiyası verilir. Eyni qərarla məhsul subsidiyasının məbləği hər tona görə 100 manatdan 170 manata qaldırılıb.
Kənd Təsərrüfatı Nazirliyinin pambıq tədarükü və emalı müəssisələri ilə apardığı müzakirələr nəticəsində 2022-ci ildə şirkətlər tərəfindən xam pambığın alış qiyməti yanvar və avqust aylarında hər dəfə 50 manat olmaqla iki dəfə artırılıb. Ötən il 1-ci sort pambığın 1 tonu fermerlərdən 700 manata alırdısa, bu il təhvil verilən eyni sort pambığın 1 tonuna görə fermerlərə 800 manat ödənilir. Məhsul subsidiyasına keçid və pambığın alış qiymətinin artırılması fermerləri aqrotexniki becərməni daha yaxşı aparmağa, daha çox məhsul istehsal edərək daha çox gəlir əldə etməyə sövq edir.
Respublikada pambıq yığımının optimal müddətdə başa çatacağı proqnozlaşdırılır.
Xatırladaq ki, Azərbaycanda 2021-ci ildə pambığın əkin sahəsi 100,6 min hektar olub. Əkin sahəsi 2015-ci ilə nisbətən 5,4 dəfə, 2020-ci ilə nisbətən isə 0,3 faiz artıb. 2021-ci ildə pambıq istehsalı 2015-ci ilə nisbətən 8,1 dəfə artıb, 2020-ci ilə nisbətən isə 14,9 faiz azalaraq 286,7 min ton olub.
Pambığın məhsuldarlığı 2021-ci ildə 28,5 sent/ha olub. Məhsuldarlıq səviyyəsi 2015-ci ilə nisbətən 1,5 dəfə artıb, 2020-ci ilə nisbətən isə 15,2 faiz azalıb.
2021-ci ildə ixrac olunan pambıq lifinin 93,3 faizi Türkiyənin, 6,7 faizi İranın payına düşüb.
Xəbər lenti
0