https://sputnik.az/20221130/azerbaycan-ve-ozbekistan-herbi-hava-quvveleri-arasinda-emekdasliq-muzakire-edilib---foto-449138290.html
Azərbaycan və Özbəkistan Hərbi Hava Qüvvələri arasında əməkdaşlıq müzakirə edilib - FOTO
Azərbaycan və Özbəkistan Hərbi Hava Qüvvələri arasında əməkdaşlıq müzakirə edilib - FOTO
Sputnik Azərbaycan
Azərbaycan ilə Özbəkistan arasında digər istiqamətlərdə olduğu kimi hərbi aviasiya və hava hücumundan müdafiə sahələrində də əməkdaşlığın inkişaf... 30.11.2022, Sputnik Azərbaycan
2022-11-30T18:16+0400
2022-11-30T18:16+0400
2022-11-30T18:16+0400
hərbi
azərbaycan
özbəkistan
hərbi hava qüvvələri
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1a/442274191_0:160:3072:1888_1920x0_80_0_0_8aa91a1ad4d16f94630e4c29dc17a1a3.jpg
BAKI, 30 noyabr — Sputnik. Noyabrın 30-da Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası müdafiə nazirinin müavini - Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələri komandanı general-mayor Əhməd Burxanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.General-leytenant R.Tahirov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib, Azərbaycan ilə Özbəkistan arasında digər istiqamətlərdə olduğu kimi hərbi aviasiya və hava hücumundan müdafiə sahələrində də əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən general-mayor Ə.Burxanov dövlətlər arasında müsbət əlaqələrin hər iki ölkənin Hərbi Hava Qüvvələrinin (HHQ) inkişafına töhfə verəcəyini xüsusi qeyd edib.Görüşdə Azərbaycan və Özbəkistan HHQ arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.Sonda nümayəndə heyəti Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsinə gələrək burada görülən işlərlə tanış olub.Xatırladaq ki, oktyabrın 19-da Özbəkistan Respublikasının müdafiə naziri general-leytenant Baxodir Kurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.Nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, Şəhidlər xiyabanında isə ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək əklil və gül dəstələri qoyub.Sonra Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi keçirilib. Fəxri qarovulun önündən keçildikdən sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib. General-leytenant B.Kurbanov protokola uyğun olaraq “Şərəf kitabı”nı imzalayıb. Qonaqları salamlayan müdafiə naziri general-polkovnik Zakir Həsənov onları Azərbaycanda görməkdən məmnunluğunu bildirib, ölkələrimiz arasında həyata keçirilən ikitərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu vurğulayıb.Müdafiə naziri özbəkistanlı həmkarını Ermənistan silahlı birləşmələrinin son təxribatlarına qarşı Ordumuz tərəfindən görülən qətiyyətli cavab tədbirlərindən sonra yaranmış əməliyyat şəraiti, eləcə də ordu quruculuğu sahəsində görülən işlər barədə məlumatlandırıb.Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən Özbəkistanın müdafiə naziri səmimi qəbula görə öz minnətdarlığını bildirib, qarşıdan gələn Zəfər Günü münasibətilə təbriklərini çatdırıb. Azərbaycan ilə Özbəkistan arasında müdafiə sahəsində əməkdaşlığın hər iki ordunun daha da güclənməsinə xidmət etdiyini xüsusi qeyd edib.Görüşdə Azərbaycan ilə Özbəkistan arasında hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.Yekunda "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında 2023-cü il üçün ikitərəfli əməkdaşlıq Planı" imzalanıb.Sonda Mərkəzi Komanda Məntəqəsinə gələn nümayəndə heyəti buranın komanda idarəetməyə dair texniki imkanları və ümumilikdə görülən işlərlə tanış olub.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1a/442274191_171:0:2902:2048_1920x0_80_0_0_6b5de34a32f91cb2cbdd43fb2b1100ef.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
azərbaycan, özbəkistan, hərbi hava qüvvələri
azərbaycan, özbəkistan, hərbi hava qüvvələri
Azərbaycan və Özbəkistan Hərbi Hava Qüvvələri arasında əməkdaşlıq müzakirə edilib - FOTO
Azərbaycan ilə Özbəkistan arasında digər istiqamətlərdə olduğu kimi hərbi aviasiya və hava hücumundan müdafiə sahələrində də əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
BAKI, 30 noyabr — Sputnik. Noyabrın 30-da Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası müdafiə nazirinin müavini - Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələri komandanı general-mayor Əhməd Burxanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
General-leytenant R.Tahirov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib, Azərbaycan ilə Özbəkistan arasında digər istiqamətlərdə olduğu kimi hərbi aviasiya və hava hücumundan müdafiə sahələrində də əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən general-mayor Ə.Burxanov dövlətlər arasında müsbət əlaqələrin hər iki ölkənin Hərbi Hava Qüvvələrinin (HHQ) inkişafına töhfə verəcəyini xüsusi qeyd edib.
Görüşdə Azərbaycan və Özbəkistan HHQ arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
Sonda nümayəndə heyəti Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsinə gələrək burada görülən işlərlə tanış olub.
Xatırladaq ki, oktyabrın 19-da Özbəkistan Respublikasının müdafiə naziri general-leytenant Baxodir Kurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.
Nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, Şəhidlər xiyabanında isə ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək əklil və gül dəstələri qoyub.
Sonra Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi keçirilib. Fəxri qarovulun önündən keçildikdən sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib. General-leytenant B.Kurbanov protokola uyğun olaraq “Şərəf kitabı”nı imzalayıb.
Qonaqları salamlayan müdafiə naziri general-polkovnik Zakir Həsənov onları Azərbaycanda görməkdən məmnunluğunu bildirib, ölkələrimiz arasında həyata keçirilən ikitərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu vurğulayıb.
Müdafiə naziri özbəkistanlı həmkarını Ermənistan silahlı birləşmələrinin son təxribatlarına qarşı Ordumuz tərəfindən görülən qətiyyətli cavab tədbirlərindən sonra yaranmış əməliyyat şəraiti, eləcə də ordu quruculuğu sahəsində görülən işlər barədə məlumatlandırıb.
Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən Özbəkistanın müdafiə naziri səmimi qəbula görə öz minnətdarlığını bildirib, qarşıdan gələn Zəfər Günü münasibətilə təbriklərini çatdırıb. Azərbaycan ilə Özbəkistan arasında müdafiə sahəsində əməkdaşlığın hər iki ordunun daha da güclənməsinə xidmət etdiyini xüsusi qeyd edib.
Görüşdə Azərbaycan ilə Özbəkistan arasında hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.
Yekunda "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında 2023-cü il üçün ikitərəfli əməkdaşlıq Planı" imzalanıb.
Sonda Mərkəzi Komanda Məntəqəsinə gələn nümayəndə heyəti buranın komanda idarəetməyə dair texniki imkanları və ümumilikdə görülən işlərlə tanış olub.