Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan-Türkmənistan birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib - FOTO

© Photo : Ministry of Economy (Azerbaijan)Türkmənistanla Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirilib
Türkmənistanla Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirilib - Sputnik Azərbaycan, 1920, 30.11.2022
Abunə olmaq
İki ölkə arasında iqtisadi-ticarət, energetika, nəqliyyat, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, şəhərsalma və arxitektura, eləcə də digər sahələrdə əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.
BAKI, 30 noyabr — Sputnik. Azərbaycan ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirilib.
İqtisadiyyat Nazirliyindən bildiriblər ki, Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov dostluq və qardaşlıq münasibətlərinə əsaslanan Azərbaycan-Türkmənistan əlaqələrinin uğurla inkişaf etdiyini, ölkəmizin Türkmənistanla tərəfdaşlığın genişlənməsinə önəm verdiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, əməkdaşlığın əsas istiqamətlərindən olan ticarətdə ciddi artım müşahidə olunur. Belə ki, yanvar-oktyabr aylarında ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,5 dəfədən çox artıb. Bununla belə, ticarət həcmini daha da artırmaq üçün böyük imkanlar var. Bundan başqa, hər iki ölkənin enerji, nəqliyyat-tranzit və digər sahələr üzrə geniş potensialı əlaqələrin inkişafı üçün əlverişli zəmin yaradır.
Tədbirdə ölkəmizin biznes və sərmayə cəlbediciliyi barədə ətraflı məlumat verilib, Türkmənistan investorları fəal əməkdaşlığa dəvət olunub.
Birgə Hökumətlərarası Komissiyanın həmsədri, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Batır Atdayev ölkələrimiz arasında uğurlu əlaqələri vurğulayıb, tərəfdaşlığın yeni istiqamətlər üzrə inkişafı, işgüzar münasibətlərin genişlənməsi və birgə layihələrin icrası barədə fikirlərini bölüşüb.
İclasda qarşılıqlı ticarət, enerji, nəqliyyat, kənd təsərrüfatı və s. sahələrdə tərəfdaşlığın inkişafı barədə müzakirələr aparılıb.
© Photo : Ministry of Economy (Azerbaijan)Türkmənistanla Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirilib
Türkmənistanla Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirilib - Sputnik Azərbaycan, 1920, 30.11.2022
Türkmənistanla Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirilib
İclasın sonunda Hökumətlərarası Komissiyanın həmsədrləri tərəfindən Azərbaycan Respublikası ilə Türkmənistan arasında əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 6-cı iclasının yekunlarına dair Protokol imzalanıb.
Sənədi Komissiyanın həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Batır Atdayev imzalayıblar. Sənəddə iqtisadi-ticarət, energetika, nəqliyyat, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, şəhərsalma və arxitektura, eləcə də digər sahələrdə əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.
Həmin gün Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədrləri - iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Batır Atdayev arasında görüş keçirilib.
Tərəflər iqtisadi-ticarət əməkdaşlığının inkişafı istiqamətlərini müzakirə ediblər.
Qeyd edək ki, ölkəmizdə səfərdə olan Azərbaycan ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Batır Atdayevin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub.
Türkmənistan nümayəndə heyəti, həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın əziz xatirəsini yad edərək, “Əbədi məşəl" kompleksi önünə əklil qoyub.
Xəbər lenti
0