https://sputnik.az/20221130/ayaz-salayev-beynelxalq-festivalin-munsifler-heyetinde---filmlerimiz-de-numayis-olunacaq-449142079.html
Ayaz Salayev beynəlxalq festivalın münsiflər heyətində - filmlərimiz də nümayiş olunacaq
Ayaz Salayev beynəlxalq festivalın münsiflər heyətində - filmlərimiz də nümayiş olunacaq
Sputnik Azərbaycan
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) üzvü, tanınmış kinoşünas və rejissor Ayaz Salayev Moskva şəhərində baş tutan MDB ölkələrinin 4–cü... 30.11.2022, Sputnik Azərbaycan
2022-11-30T21:18+0400
2022-11-30T21:18+0400
2022-11-30T21:18+0400
ayaz salayev
mədəniyyət
rejissor
film
festival
münsiflər heyəti
https://cdnn1.img.sputnik.az/img/40758/11/407581170_0:0:1000:563_1920x0_80_0_0_72737e63e431a1abd63db3eb966f2c23.jpg
BAKI, 30 noyabr — Sputnik. Ötən gün Moskva şəhərində başlayan MDB ölkələrinin IV Beynəlxalq "Moskva premyerası" kino festivalı dekabrın 5–dək davam edəcək.Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) üzvü, tanınmış kinoşünas və rejissor Ayaz Salayev bu forumun keçirdiyi IV kino festivalında münsiflər heyətinin üzvü qismində iştirak edəcək.Bu barədə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından bildirilib.Qeyd edək ki, bu festivalın tarixi 2003–cü ildən başlayır və ilk prezidenti SSRİ Xalq artisti Aleksey Batalov olub. 2019–cu ildən festival MDB dövlətlərinin Beynəlxalq Humanitar Əməkdaşlıq Fondu ilə əməkdaşlıq zəminində bir kinoforum olaraq beynəlxalq status qazanıb.Ayaz Salayev kimdir?"Azərbaycanfilm" kinostudiyasının baş redaktoru, Azərbaycanın əməkdar incəsənət xadimi, kinorejissor Ayaz Salayev "Qız qalası əfsanəsi", "Evlənmək istəyirəm", "Təxribat", "Ağ-qara gecələr" kimi onlarla filmlərin müəllifidir.Rejissorun 1995-ci ildə çəkdiyi "Yarasa" filmi Fransa, Almaniya, İspaniya, Yunanıstan, Belçika, İsveçrə, İsveç, Finlandiya, ABŞ, Kanada, Rusiya, Bosniya və Herseqovina, Misir, Türkiyə, Monqolustan və digər ölkələrdə keçirilən otuza yaxın müsabiqədə iştirak edib. Film Fransanın Anje şəhərində keçirilən beynəlxalq Avropa kinosu festivalında Qran-priyə və digər nüfuzlu mükafatlara layiq görülüb. Sovet dövründə AzTV-də yayımlanan məşhur "Retro" verilişinin aparıcısı olub.Məlumat üçün bildirək ki, Azərbaycan həmin festivalda Rusiya kinomatoqrafçıları ilə birgə çəkilmiş "Bir cənub şəhərində" (Eldar Quliyev), "Əlvida, cənub şəhəri" (Oleq Səfərəliyev), "İstintaq"(Rasim Ocaqov) və digər filmlərlə təmsil olunacaq.Festivalda həmçinin Belarus, Gürcüstan, Qazaxıstan, Qırğız Respublikası, Latviya, Rusiya, Tacikistan və Özbəkistandan olan kino xadimləri də filmlərini nümayiş etdirəcəklər.Budəfəki festivala 11 ölkədən 120-yə yaxın iştirakçı və qonaq toplaşıb. Açılış mərasimi bu gün saat 19.00-da "DomJur" kino mərkəzində təşkil olunacaq.Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin IV beynəlxalq "Moskovskaya premyera" kinofestivalı 2003-cü ildən keçirilir. Festivalın birinci prezidenti SSRİ Xalq artisti Aleksey Batalov olub. 2019-cu ildən bəri kinoforum beynəlxalq status alıb. "Moskovskaya premyera"nın vəzifəsi keçmiş SSRİ ölkələrinin vahid mədəniyyət və kinematoqrafiya məkanını inkişaf etdirməkdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40758/11/407581170_113:0:1000:665_1920x0_80_0_0_4ecc771baf1a695a28fcded072225c22.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ayaz salayev, rejissor, film, festival, münsiflər heyəti
ayaz salayev, rejissor, film, festival, münsiflər heyəti
Ayaz Salayev beynəlxalq festivalın münsiflər heyətində - filmlərimiz də nümayiş olunacaq
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) üzvü, tanınmış kinoşünas və rejissor Ayaz Salayev Moskva şəhərində baş tutan MDB ölkələrinin 4–cü Beynəlxalq "Moskva premyerası" kino festivalında iştirak edəcək
BAKI, 30 noyabr — Sputnik. Ötən gün Moskva şəhərində başlayan MDB ölkələrinin IV Beynəlxalq "Moskva premyerası" kino festivalı dekabrın 5–dək davam edəcək.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) üzvü, tanınmış kinoşünas və rejissor Ayaz Salayev bu forumun keçirdiyi IV kino festivalında münsiflər heyətinin üzvü qismində iştirak edəcək.
Bu barədə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından bildirilib.
Qeyd edək ki, bu festivalın tarixi 2003–cü ildən başlayır və ilk prezidenti SSRİ Xalq artisti Aleksey Batalov olub. 2019–cu ildən festival MDB dövlətlərinin Beynəlxalq Humanitar Əməkdaşlıq Fondu ilə əməkdaşlıq zəminində bir kinoforum olaraq beynəlxalq status qazanıb.
"Azərbaycanfilm" kinostudiyasının baş redaktoru, Azərbaycanın əməkdar incəsənət xadimi, kinorejissor Ayaz Salayev "Qız qalası əfsanəsi", "Evlənmək istəyirəm", "Təxribat", "Ağ-qara gecələr" kimi onlarla filmlərin müəllifidir.
Rejissorun 1995-ci ildə çəkdiyi "Yarasa" filmi Fransa, Almaniya, İspaniya, Yunanıstan, Belçika, İsveçrə, İsveç, Finlandiya, ABŞ, Kanada, Rusiya, Bosniya və Herseqovina, Misir, Türkiyə, Monqolustan və digər ölkələrdə keçirilən otuza yaxın müsabiqədə iştirak edib. Film Fransanın Anje şəhərində keçirilən beynəlxalq Avropa kinosu festivalında Qran-priyə və digər nüfuzlu mükafatlara layiq görülüb. Sovet dövründə AzTV-də yayımlanan məşhur "Retro" verilişinin aparıcısı olub.
Məlumat üçün bildirək ki, Azərbaycan həmin festivalda Rusiya kinomatoqrafçıları ilə birgə çəkilmiş "Bir cənub şəhərində" (Eldar Quliyev), "Əlvida, cənub şəhəri" (Oleq Səfərəliyev), "İstintaq"(Rasim Ocaqov) və digər filmlərlə təmsil olunacaq.
Festivalda həmçinin Belarus, Gürcüstan, Qazaxıstan, Qırğız Respublikası, Latviya, Rusiya, Tacikistan və Özbəkistandan olan kino xadimləri də filmlərini nümayiş etdirəcəklər.
Budəfəki festivala 11 ölkədən 120-yə yaxın iştirakçı və qonaq toplaşıb. Açılış mərasimi bu gün saat 19.00-da "DomJur" kino mərkəzində təşkil olunacaq.
Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin IV beynəlxalq "Moskovskaya premyera" kinofestivalı 2003-cü ildən keçirilir. Festivalın birinci prezidenti SSRİ Xalq artisti Aleksey Batalov olub. 2019-cu ildən bəri kinoforum beynəlxalq status alıb. "Moskovskaya premyera"nın vəzifəsi keçmiş SSRİ ölkələrinin vahid mədəniyyət və kinematoqrafiya məkanını inkişaf etdirməkdir.