Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Anti-Türkiyə mövzusunda lentə alınmış film ölkəmizdə nümayiş olunacaqmı?

© Photo : APA“Landmark”ın qarşısında aksiya, arxiv şəkli
“Landmark”ın qarşısında aksiya, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.11.2022
Abunə olmaq
"Odda - İki bacı" filmi ilə bağlı bildiririk ki, sözügedən filmə Nazirlik tərəfindən Yayım vəsiqəsi verilməyib və istər Nazirliyin tabeliyində fəaliyyət göstərən Nizami Kino Mərkəzində, istərsə də ölkədəki özəl kinoteatrlarda həmin filmin nümayişi nəzərdə tutulmayıb
BAKI, 30 noyabr — Sputnik. Bakı kinoteatrları Türkiyəyə qarşı çəkilmiş "Odda - İki bacı" ("Sisters apart") filmini nümayiş etdirməkdən imtina edib. Bu barədə Sputnik Azərbaycan-a "CinemaPlus" kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə məlumat verib. Darabzadənin sözlərinə görə, anti-Türkiyə mövzusunda lentə alınmış film ölkəmizdə narazılığa səbəb olub. Bu səbəbdən də kinoteatrlar filmin nümayişindən birmənalı şəkildə imtina edib.
Məsələ ilə bağlı Mədəniyyət nazirliyindən verilən məlumata görə, mövcud qanunvericiliyə əsasən ölkə ərazisində kütləvi nümayiş üçün nəzərdə tutulan yerli və xarici filmlər Mədəniyyət Nazirliyi tərəfindən Dövlət Reyestrində qeydiyyata alınaraq Yayım vəsiqəsi ilə təmin edildikdən sonra kino nümayişi müəssisələrində tamaşaçılara təqdim olunur.
"Odda - İki bacı" filmi ilə bağlı bildiririk ki, sözügedən filmə Nazirlik tərəfindən Yayım vəsiqəsi verilməyib və istər Nazirliyin tabeliyində fəaliyyət göstərən Nizami Kino Mərkəzində, istərsə də ölkədəki özəl kinoteatrlarda həmin filmin nümayişi nəzərdə tutulmayıb: "Filmin qeyri-kino profilli hansısa məkanda nümayişinə gəldikdə isə bildiririk ki, bu kimi məsələlərin həlli Mədəniyyət Nazirliyinin səlahiyyətlərinə daxil deyil. Bununla belə, Nazirlik sözügedən filmin qeyri-kino profilli müəssisədə nümayişini məqbul hesab etmədiyini bildirir".
Xatırladaq ki, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, Avropa Film Festivalı çərçivəsində "Odda - İki bacı" filminin dekabrın 5-nə planlaşdırılan nümayişi ləğv edilib.
Xatırladaq ki, Almaniyanın Bakıdakı səfirliyi və Aİ-nin Azərbaycandakı nümayəndəliyi filmi gələn həftə "Landmark"da nümayiş etdimək niyyətində idi. Bununla bağlı səfirlik sosial şəbəkədə elan yayıb.
Məlumat üçün bildirək ki, "Odda-İki bacı" filmində Almaniya bundesverinin hərbçisi olan Rojda Xani İraqda kürd hərbçilərə İŞİD-ə qarşı döyüşmək üçün təlim keçir. Amma kimsə bilmir ki, o, əslində itkin bacısı Bərivanı axtarır. Həmçinin film süjet xəttində Türkiyə hərbçiləri qəddar, qaniçən, məkrli "potensial düşmən" kimi göstərilib.
Qeyd edək ki, APA-nın xəbərinə görə, Almaniya səfirliyindən səhv anlaşılmama üçün filmi nümayiş etdirməmək barədə qərar qəbul olunduğu bildirilib.
Bununla belə, bu gün ictimaiyyət nümayəndələri filmin nümayiş etdiriləcəyi elan olunmuş “Landmark”ın qarşısına toplaşaraq, Türkiyə əleyhinə hazırlanmış filmin nümayiş etdirilməsi təşəbbüsünə kəskin etirazlarını bildiriblər.
Aksiya iştirakçıları təşəbbüskarların niyyətini pisləyib, qardaş Türkiyəyə dəstək nümayiş etdirərək, “Türkiyə Azərbaycandır!”, “Yaşasın Azərbaycan-Türkiyə!”, “Almaniya səfirliyinə ar olsun!”, “Rədd olsun PKK!”, “Rədd olsun terroristlər!”, “Terrora stop!” və digər şüarlar səsləndiriblər.
Xəbər lenti
0