SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyə-Azərbaycan-Türkmənistan üçtərəfli zirvə görüşünə hazırlıq gedir

© AFP 2024 / ADEM ALTANМинистр иностранных дел Турции Мевлют Чавушоглу, фото из архива
Министр иностранных дел Турции Мевлют Чавушоглу, фото из архива - Sputnik Azərbaycan, 1920, 29.11.2022
Abunə olmaq
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə türkmənistanlı həmkarı Rəşid Meredovla zirvə görüşünə hazırlığı müzakirə ediblər.
BAKI, 29 noyabr - Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə türkmənistanlı həmkarı Rəşid Meredov telefonla danışıb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı Türkiyə-Azərbaycan-Türkmənistan üçtərəfli zirvə görüşünə hazırlıq müzakirə edilib.
Bu gün Mövlud Çavuşoğlu ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında da telefon danışığı olub. Onlar da sözügedən zirvə görüşü ilə bağlı hazırlıqları müzakirə ediblər.
Xatırladaq ki, Avazada Azərbaycan, Türkiyə və Türkmənistan dövlət başçılarının üçtərəfli zirvə görüşünə hazırlıq gedir.
Bunu ötən gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada türkmənistanlı həmkarı ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Zirvədən bir gün əvvəl xarici işlər və nəqliyyat nazirlərinin də toplantısının həyata keçirilməsində fayda var.
Onun sözlərinə görə, razılaşmaların imzalanması planlaşdırılır.
Türkmənistan xarici işlər naziri Rəşid Meredov da dövlət başçılarının üçtərəfli Zirvə görüşünə hazırlıq getdiyini qeyd edib.
"Bu, çox faydalı olacaq. Qardaş xalqlar - türkmənlər, azərbaycanlılar və türkiyəlilər birlikdə böyük işlər həyata keçirə bilərik", - Rəşid Meredov vurğulayıb.
Xəbər lenti
0