NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

SOCAR Türkmənistanın dövlət konsernləri ilə əməkdaşlığı müzakirə edib

© Photo : SOCARHadrutda “SOCAR” brendli yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib
Hadrutda “SOCAR” brendli yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib - Sputnik Azərbaycan, 1920, 29.11.2022
Abunə olmaq
Görüşdə Azərbaycan və Türkmənistan arasında müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda qarşılıqlı əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb.
BAKI, 29 noyabr - Sputnik. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Türkmənistanın “Türkmənqaz” “Türkmənnebit” Dövlət Konsernləri arasında mövcud və perspektiv imkanlar, birgə əməkdaşlıq müzakirə edilib.
SOCAR-ın yaydığı məlumata görə, bu məsələlər Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəfin “Türkmənqaz”ın sədri Batır Amanov və “Türkmənnebit”in sədri Quvanc Aqacanovla bu gün keçirilən görüşdə müzakirə olunub.
Görüşdə Azərbaycan və Türkmənistan arasında müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda qarşılıqlı əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb.
Görüş çərçivəsində SOCAR ilə “Türkmənqaz” və “Türkmənnebit” Dövlət Konsernləri arasında səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edilib, tərəflər arasında xam neftin emalı, ticarəti, nəqli və digər sahələrdə əməliyyatların müvəffəqiyyətlə həyata keçirildiyi qeyd edilib.
Xəbər lenti
0