Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Naxçıvan Baş Gömrük İdarəsinə təyinat

© Sputnik / StringerNaxçıvan şəhəri
Naxçıvan şəhəri - Sputnik Azərbaycan, 1920, 29.11.2022
Abunə olmaq
Dövlət Gömrük Komitəsinin İdarə rəisi Naxçıvana göndərilib.
BAKI, 29 noyabr — Sputnik. Yeni yaradılan Naxçıvan Baş Gömrük İdarəsinə rəis təyinatı olub.
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, rəis vəzifəsinə müvəqqəti təyinat olub.
Naxçıvan Baş Gömrük İdarəsinin rəisi vəzifəsinin müvəqqəti icrası Dövlət Gömrük Komitəsinin Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi, gömrük xidməti polkovniki Vüqar Əliyevə tapşırılıb.
Qeyd edək ki, noyabrın 28-də Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ləğv edilib. Bu, Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə" fərmanında dəyişiklik edilməsi barədə fərmanda nəzərdə tutulub.
Belə ki, "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə"nin 5.1-ci bəndindən Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi" sözləri çıxarılıb.
Əsasnamənin 5.8-ci bəndindən "Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədrindən" sözləri çıxarılıb.
Habelə, Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb. Həmin idarə isə Dövlət Gömrük Komitəsinin strukturuna daxil edilib.
Dövlət Gömrük Komitəsinə qurumun strukturunun təkmilləşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.
Xəbər lenti
0