https://sputnik.az/20221129/heyat-deyesen-gozeldir-filminin-isci-materialini-yayanlar-mehkemeye-verile-biler-449073623.html
“Həyat, deyəsən, gözəldir” filminin işçi materialını yayanlar məhkəməyə verilə bilər
“Həyat, deyəsən, gözəldir” filminin işçi materialını yayanlar məhkəməyə verilə bilər
Sputnik Azərbaycan
"Azərbaycanfilm" kinostudiyasının mətbuat katibi Ramil Ələkbərov bildirib ki, filmin sosial şəbəkədə yayımının qarşısı alınıb və şəbəkədən sildirilib. 29.11.2022, Sputnik Azərbaycan
2022-11-29T18:15+0400
2022-11-29T18:15+0400
2022-11-29T18:15+0400
mədəniyyət
məhkəmə
məhkəmə
film
vaqif mustafayev
https://cdnn1.img.sputnik.az/img/07e5/09/03/427843458_0:0:3072:1728_1920x0_80_0_0_f00259c84f93f556de031fbd557d2008.jpg
BAKI, 29 noyabr — Sputnik. Xalq artisti Vaqif Mustafayevin Vətən müharibəsindən bəhs etdiyi "Həyat, deyəsən, gözəldir" filminin işçi materialı yayılıb. Ötən gün bununla bağlı Mədəniyyət Nazirliyindən APA-nın sorğusuna cavabda bildirilib ki, hazırda bu istiqamətdə araşdırma gedir.Sözügedən mövzu ilə bağlı "Azərbaycanfilm" kinostudiyasının mətbuat katibi Ramil Ələkbərov APA-nın sorğusuna cavab olaraq bildirib ki, filmin sosial şəbəkədə yayımının qarşısı alınıb və şəbəkədən sildirilib.“Amma həmin pirat nüsxənin ilk olaraq kim və ya kimlər tərəfindən yayıldığı məlum deyil, bu istiqamətdə işlər aparılır. İstənilən halda, bu, əməyə hörmətsizlikdir. Əgər bu istiqamətdə vəziyyət gərginləşərsə, əlbəttə, istehsalçının, hüquq sahibinin öz hüququndan istifadə etmək məsələsi yarana bilər və məhkəməyə müraciət edilə bilər. Əlbəttə, hazırkı vəziyyət özü bizi məyus edir. Çünki bizim mühitdə əməyə hörmətin, mülkiyyət və müəlliflik hüququnun sayğının səviyyəsi artmalıdır. Bu isə mədəni səviyyədən xəbər verir”, - o deyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/03/427843458_341:0:3072:2048_1920x0_80_0_0_b504f32d5d1eec26fa64ca4334f7c3ef.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məhkəmə, məhkəmə, film, vaqif mustafayev
məhkəmə, məhkəmə, film, vaqif mustafayev
“Həyat, deyəsən, gözəldir” filminin işçi materialını yayanlar məhkəməyə verilə bilər
"Azərbaycanfilm" kinostudiyasının mətbuat katibi Ramil Ələkbərov bildirib ki, filmin sosial şəbəkədə yayımının qarşısı alınıb və şəbəkədən sildirilib.
BAKI, 29 noyabr — Sputnik. Xalq artisti Vaqif Mustafayevin Vətən müharibəsindən bəhs etdiyi "Həyat, deyəsən, gözəldir" filminin işçi materialı yayılıb. Ötən gün bununla bağlı Mədəniyyət Nazirliyindən APA-nın sorğusuna cavabda bildirilib ki, hazırda bu istiqamətdə araşdırma gedir.
Sözügedən mövzu ilə bağlı "Azərbaycanfilm" kinostudiyasının mətbuat katibi Ramil Ələkbərov APA-nın sorğusuna cavab olaraq bildirib ki, filmin sosial şəbəkədə yayımının qarşısı alınıb və şəbəkədən sildirilib.
“Amma həmin pirat nüsxənin ilk olaraq kim və ya kimlər tərəfindən yayıldığı məlum deyil, bu istiqamətdə işlər aparılır. İstənilən halda, bu, əməyə hörmətsizlikdir. Əgər bu istiqamətdə vəziyyət gərginləşərsə, əlbəttə, istehsalçının, hüquq sahibinin öz hüququndan istifadə etmək məsələsi yarana bilər və məhkəməyə müraciət edilə bilər. Əlbəttə, hazırkı vəziyyət özü bizi məyus edir. Çünki bizim mühitdə əməyə hörmətin, mülkiyyət və müəlliflik hüququnun sayğının səviyyəsi artmalıdır. Bu isə mədəni səviyyədən xəbər verir”, - o deyib.