DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğan və Əsəd bu ölkədə görüşə bilər

© AFP 2024 / BULENT KILICRəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd
Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd - Sputnik Azərbaycan, 1920, 29.11.2022
Abunə olmaq
Avqustun 5-də Ərdoğan və Vladimir Putin arasında Soçidə keçirilən danışıqlardan sonra Türkiyə mətbuatı Ankarada Türkiyə və Suriya liderləri arasında birbaşa təmasların yaradılması imkanının müzakirə edildiyini yazıb.
BAKI, 29 noyabr — Sputnik. Türkiyə və Suriyanın nümayəndələri iki ölkənin prezidentləri Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında şəxsi görüş təşkil etmək üçün pərdəarxası diplomatiya həyata keçirirlər. Bu barədə "Hürriyet" qəzeti yazıb.
Nəşr 2011-ci ildən bəri görüşməyən iki lider arasında danışıqların "yaxın gələcəkdə" baş tuta biləcəyini istisna etmir. Bundan əvvəl qəzet Ərdoğanla Əsədin görüşünün 2023-cü ilin iyununda Türkiyədə keçiriləcək prezident seçkilərindən əvvəl baş tuta biləcəyini iddia etmiş, görüş yeri kimi Rusiya göstərilmişdi.
Avqustun 5-də Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında Soçidə keçirilən danışıqlardan sonra Türkiyə mətbuatı Ankarada Türkiyə və Suriya liderləri arasında birbaşa təmasların yaradılması imkanının müzakirə edildiyini yazıb. Bununla bağlı Türkiyə hakimiyyəti bəyan edib ki, belə danışıqlar hələlik planlaşdırılmayıb və Ankara ilə Dəməşq arasında əlaqələr yalnız xüsusi xidmət orqanları vasitəsilə həyata keçirilir.
Oktyabrın 6-da Avropa Siyasi Birliyinin Praqada keçirilən sammitindən sonra Ərdoğan bildirib ki, Suriya prezidenti ilə görüşdən indi danışmaq tezdir. Daha sonra o, belə bir görüşün "vaxtı gələndə" baş tutacağını bildirib. Noyabrın 27-də Ərdoğan Türkiyə ilə Suriya arasında münasibətlərin Misirdən nümunə götürərək yaxşılaşa biləcəyini deyib. İki ölkə prezidenti 2013-cü ildən bəri ilk dəfə olaraq noyabrın 19-da Qətərdə dünya çempionatının başlaması münasibətilə keçirilən mərasimdə görüşüb və yarım saatlıq danışıqlar aparıblar. Noyabrın 28-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yaxın aylarda Misirə səfir təyinatının mümkünlüyünü açıqlayıb.
Xəbər lenti
0