Церемония Открытия чемпионата мира по футболу 2022 в Катаре - Sputnik Azərbaycan, 1920
DÇ-2022
Qətərdə keçirilmiş futbol üzrə dünya çempionatı

Dünya çempionatı: Seneqal və Niderland milliləri 1/8 finala yüksəliblər

© AFP 2023 / OZAN KOSEDÇ 2022: Seneqal Ekvadora qraşı
DÇ 2022: Seneqal Ekvadora qraşı - Sputnik Azərbaycan, 1920, 29.11.2022
Abunə olmaq
Qətərdə keçirilən dünya çempionatında Seneqal və Niderland milliləri rəqiblərini yenərək 1/8 final mərhələsinə vəsiqə qazanıblar.
BAKI, 29 noyabr - Sputnik. Seneqal millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 final mərhələsinə vəsiqə qazanıb.
Afrika təmsilçisi A qrupunun sonuncu - III turunda Ekvadorla üz-üzə gəlib.
Qarşılaşma Seneqalın 2:1 hesablı qələbəsi ilə bitib. Komandanın qollarını 44-cü dəqiqədə penaltidən İsmaila Sarr və 70-ci dəqiqədə Kalidu Kulibali vurub. Cənubi amerikalılarda isə Moises Kaysedo 67-ci dəqiqədə fərqlənib.
Seneqal kollektivi 6 xalla qrup ikincisi kimi pley-offa yüksəlib və növbəti raundda B qrupunun lideri ilə görüşəcək.
Niderland millisi də Qətərdə keçirilən dünya çempionatında 1/8 final mərhələsinə vəsiqə qazanıb.
Lui Van Qalın baş məşqçi olduğu komanda A qrupunun sonuncu - III turunda ev sahibi Qətər seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşma Avropa təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib. Qolları 26-cı dəqiqədə Kodi Qakpo, 49-cu dəqiqədə Frenki de Yonq vurub.
"Narıncılar" 7 xalla qrup lideri kimi növbəti raunda yüksəlib. Niderland yığması pley-offda B qrupunda ikinci yeri tutan komanda ilə görüşəcək.
Xəbər lenti
0