DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Böyük adron kollayderinin işi vaxtından əvvəl dayandırılıb

© AFP 2024 / VALENTIN FLAURAUDBöyük adron kollayderi, arxiv şəkli
Böyük adron kollayderi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.11.2022
Abunə olmaq
Avropa nüvə tədqiqatları təşkilatı daha əvvəl, lazım gələrsə, BAK-ın fəaliyyətini dayandıra biləcəklərini bildirmişdi.
BAKI, 29 noyabr — Sputnik. Avropa Nüvə Tədqiqatları Təşkilatı (ANTT) enerjiyə qənaət etmək üçün Böyük adron kollayderini noyabrın 28-də, ilkin qrafikindən iki həftə əvvəl bağlayıb. Bu barədə ANTT məlumat yayıb.
Daha əvvəl ANTT yaydığı bəyanatda 2022-ci ilin sonu üçün texniki dayandırmanın noyabrın 28-də, yəni ilkin nəzərdə tutulduğundan iki həftə tez başlayacağını, 2023-cü ildə isə sürətləndirici kompleksin fəaliyyətinin 20% azalacağını bildirmişdi.
"Qlobal enerji böhranı və artan qiymətlər fonunda, o cümlədən, özünün sosial məsuliyyəti çərçivəsində ANTT 2022 və 2023-cü illərdə enerji istehlakını əhəmiyyətli dərəcədə azaldacaq tədbirlər həyata keçirəcək", - deyə təşkilatın press-relizində bildirilir.
ANTT yüksək enerji fizikası üzrə dünyanın ən böyük laboratoriyasıdır. Böyük adron kollayderi Avropa nüvə tədqiqatları təşkilatı tərəfindən bir çox ölkə, o cümlədən Rusiya fiziklərinin iştirakı ilə yaradılıb.
O, İsveçrə və Fransanın sərhədində yerləşir. BAK-ın köməyi ilə müasir fizikanın ən mühüm kəşflərindən biri - digər hissəciklərdə kütlənin mövcudluğu üçün məsuliyyət daşıyan elementar hissəcik olan Hiqqs bozonunun mövcudluğu sübuta yetirildi.
Pik saatlarda kollayder yaxınlıqdakı Cenevrəni təmin etmək üçün lazım olan enerjinin təxminən üçdə birini istehlak edir. ANTT-dən əvvəllər lazım olarsa, kollayderin işini dayandıra biləcəkləri barədə fikir irəli sürülmüşdü.
Xəbər lenti
0