https://sputnik.az/20221129/azerbaycanda-baytarliq-arayisinin-alinmasina-gore-dovlet-rusumu-tutulmayacaq-449104626.html
Azərbaycanda baytarlıq arayışının alınmasına görə dövlət rüsumu tutulmayacaq
Azərbaycanda baytarlıq arayışının alınmasına görə dövlət rüsumu tutulmayacaq
Sputnik Azərbaycan
Baytarlıq yükünün daşınması üçün tələb olunan baytarlıq arayışının alınması ilə bağlı dövlət rüsumu ləğv edilir. 29.11.2022, Sputnik Azərbaycan
2022-11-29T23:57+0400
2022-11-29T23:57+0400
2022-11-30T10:19+0400
baytarlıq
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/42330/92/423309272_0:195:2950:1854_1920x0_80_0_0_992a4da2572a536a9edbdc82db722337.jpg
BAKI, 29 noyabr - Sputnik. Baytarlıq arayışının alınması ilə bağlı dövlət rüsumu ləğv edilir.Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə əksini tapıb.İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov bildirib ki, sənəd sahibkarlığa dövlət dəstəyinin artırılması, istehlakçıların hüquqlarının qorunması, heyvan mənşəli məhsullarda kəskin qiymət artımının qarşısının alınması məqsədilə baytarlıq yükünün daşınması üçün tələb olunan baytarlıq arayışının alınması ilə bağlı dövlət rüsumunun ləğv edilməsi ilə əlaqədar hazırlanıb.İclasda “Baytarlıq haqqında” qanuna da dəyişiklik edilib. Dəyişikliyə əsasən, baytarlıq yükünün daşınması üçün tələb olunan arayışın alınmasına görə dövlət rüsumu ləğv olunur.Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.Qeyd edək ki, hazırda qüvvədə olan qanuna görə, baytarlıq arayışının verilməsi (bir sənəd) üçün 5 manat dövlət rüsumu nəzərdə tutulub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42330/92/423309272_111:0:2840:2047_1920x0_80_0_0_c54ca35f5034187dba3f96fb5a2af201.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
baytarlıq
Azərbaycanda baytarlıq arayışının alınmasına görə dövlət rüsumu tutulmayacaq
23:57 29.11.2022 (Yenilənib: 10:19 30.11.2022) Baytarlıq yükünün daşınması üçün tələb olunan baytarlıq arayışının alınması ilə bağlı dövlət rüsumu ləğv edilir.
BAKI, 29 noyabr - Sputnik. Baytarlıq arayışının alınması ilə bağlı dövlət rüsumu ləğv edilir.
Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov bildirib ki, sənəd sahibkarlığa dövlət dəstəyinin artırılması, istehlakçıların hüquqlarının qorunması, heyvan mənşəli məhsullarda kəskin qiymət artımının qarşısının alınması məqsədilə baytarlıq yükünün daşınması üçün tələb olunan baytarlıq arayışının alınması ilə bağlı dövlət rüsumunun ləğv edilməsi ilə əlaqədar hazırlanıb.
İclasda “Baytarlıq haqqında” qanuna da dəyişiklik edilib. Dəyişikliyə əsasən, baytarlıq yükünün daşınması üçün tələb olunan arayışın alınmasına görə dövlət rüsumu ləğv olunur.
Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Qeyd edək ki, hazırda qüvvədə olan qanuna görə, baytarlıq arayışının verilməsi (bir sənəd) üçün 5 manat dövlət rüsumu nəzərdə tutulub.