Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

UNESCO-da Azərbaycanın 1 milli və 3 çoxmillətli nominasiyalarına baxılacaq

© AFP 2024 / JEAN-PIERRE MULLERUNESCO yazısı
UNESCO yazısı - Sputnik Azərbaycan, 1920, 28.11.2022
Abunə olmaq
Sessiyada Azərbaycan UNESCO yanında Daimi Nümayəndəlik, Mədəniyyət Nazirliyi, UNESCO yanında Azərbaycan Respublikası Milli Komissiyası və Mərakeş Krallığındakı səfirlik tərəfindən təmsil olunur.
BAKI, 28 noyabr — Sputnik. Mərakeş Krallığının Rabat şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 17-ci sessiyası öz işinə başlayıb.
Bu barədə Azərbaycanın UNESCO-dakı Daimi Nümayəndəliyindən bildirilib.
Qeyd olunub ki, sessiyada Azərbaycan UNESCO yanında Daimi Nümayəndəlik, Mədəniyyət Nazirliyi, UNESCO yanında Azərbaycan Respublikası Milli Komissiyası və Mərakeş Krallığındakı səfirlik tərəfindən təmsil olunur.
Sessiya zamanı Komitə tərəfindən Bəşəriyyətin Qeyri-maddi mədəni irsin Reprezentativ siyahısına daxil edilməsi məqsədilə Azərbaycanın irəli sürdüyü 1 milli nominasiya "Pəhləvanlıq, ənənəvi zorxana oyunları və idman növləri" və 3 çoxmillətli nominasiyalar "Baramaçılıq, ipəkçilik və toxuculuq üçün ənənəvi ipək istehsalı" (Azərbaycan, Əfqanıstan, İran, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistan), "Molla Nəsrəddin lətifələrinin şifahi ənənəsi" (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistan) və "Çay mədəniyyəti: kimliyin, qonaqpərvərliyin və sosial əlaqələrin rəmzi" (Azərbaycan və Türkiyə) nəzərdən keçiriləcək.
Bununla yanaşı, 17-ci sessiya zamanı 2003-cü il Konvensiyası üzrə Azərbaycanın milli dövri hesabatı və UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş "Çovqan, Qarabağın ənənəvi atüstü oyunu" elementi üzrə milli hesabat nəzərdən keçiriləcək.
Xəbər lenti
0