https://sputnik.az/20221128/turkiye-mediasi-turkiye-suriyada-quru-emeliyyatina-baslayir-449043848.html
Türkiyə mediası: Türkiyə Suriyada quru əməliyyatına başlayır
Türkiyə mediası: Türkiyə Suriyada quru əməliyyatına başlayır
Sputnik Azərbaycan
Türkiyə xəbər agentliklərinin məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraqın şimal bölgələrində əsas hədəflərinin Ayn əl-Ərəb, Mənbic və... 28.11.2022, Sputnik Azərbaycan
2022-11-28T14:05+0400
2022-11-28T14:05+0400
2022-11-28T14:41+0400
dünya xəbərləri
türkiyə
suriya
əməliyyat
https://cdnn1.img.sputnik.az/img/42344/11/423441116_0:54:1920:1134_1920x0_80_0_0_35622842acd6c6edca8f7a31d75da48d.jpg
BAKI, 28 noyabr — Sputnik. Türkiyə Silahlı Qüvvələri Suriya və İraqda quru əməliyyatına başlayır. Bu barədə Türkiyənin "Milliyet" qəzeti məlumat verib.Nəşrin məlumatına görə, Suriya və İraqın şimal bölgələrində əsas hədəflərin Ayn əl-Ərəb, Mənbic və Tel-Rifat şəhərləri olacağı gözlənilir.Qəzet yazır ki, ABŞ və Rusiya Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasına (PKK) və Suriya qanadına qarşı sərhəddən 30 km məsafəyə getmələri üçün təzyiqləri gücləndirib, bu da Türkiyənin tələblərinin yerinə yetirilməsi ilə əlaqədardır.ABŞ-ın mövqeyi amerikalı hərbçilərin həmin ərazidə yerləşdirilməsindən ibarətdir."Ankara bu planı dəstəkləmir. ABŞ-ın bu ərazidə hərbi iştirakı güclənir. Son bir ay ərzində ABŞ bu bölgəyə altı dəfə hərbi tədarük həyata keçirib", - "Milliyet" qəzetində deyilir.Türkiyə ordusu Suriyanın şimalında Türkiyədə qadağan olunmuş PKK-nin 14 döyüşçüsünü məhv edib. Bu barədə bu gün Türkiyə Müdafiə Nazirliyinin rəsmi "Twitter" hesabındakı məlumatda vurğulanır."Sülh mənbəyi" və "Zeytun budağı" əməliyyatları keçirilən bölgələrdə hücumları planlaşdıran PKK-nın 14 terrorçusu məhv edilib", - deyə məlumatda bildirilir.Ankara PKK-nı terror təşkilatı və milli təhlükəsizliyə əsas təhdidlərdən biri hesab edir. Bu təşkilatla münaqişə 1984-cü ildən etibarən davam edir.Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada quru əməliyyatı yaxın vaxtlarda həyata keçiriləcək. Bu barədə "Yeni Şafak" qəzeti bu günlərdə Türkiyə müdafiə naziri Hulusi Akarın hakim Ədalət və İnkişaf Partiyasının qapalı iclasında verdiyi hesabata istinadən məlumat verib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42344/11/423441116_308:0:1920:1209_1920x0_80_0_0_9e3abb3a05e0bb659a591e3ef8bf5095.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, suriya, əməliyyat
türkiyə, suriya, əməliyyat
Türkiyə mediası: Türkiyə Suriyada quru əməliyyatına başlayır
14:05 28.11.2022 (Yenilənib: 14:41 28.11.2022) Türkiyə xəbər agentliklərinin məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraqın şimal bölgələrində əsas hədəflərinin Ayn əl-Ərəb, Mənbic və Tel-Rifat şəhərləri olacağı gözlənilir.
BAKI, 28 noyabr — Sputnik. Türkiyə Silahlı Qüvvələri Suriya və İraqda quru əməliyyatına başlayır. Bu barədə Türkiyənin "Milliyet" qəzeti məlumat verib.
Nəşrin məlumatına görə, Suriya və İraqın şimal bölgələrində əsas hədəflərin Ayn əl-Ərəb, Mənbic və Tel-Rifat şəhərləri olacağı gözlənilir.
Qəzet yazır ki, ABŞ və Rusiya Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasına (PKK) və Suriya qanadına qarşı sərhəddən 30 km məsafəyə getmələri üçün təzyiqləri gücləndirib, bu da Türkiyənin tələblərinin yerinə yetirilməsi ilə əlaqədardır.
ABŞ-ın mövqeyi amerikalı hərbçilərin həmin ərazidə yerləşdirilməsindən ibarətdir.
"Ankara bu planı dəstəkləmir. ABŞ-ın bu ərazidə hərbi iştirakı güclənir. Son bir ay ərzində ABŞ bu bölgəyə altı dəfə hərbi tədarük həyata keçirib", - "Milliyet" qəzetində deyilir.
Türkiyə ordusu Suriyanın şimalında Türkiyədə qadağan olunmuş PKK-nin 14 döyüşçüsünü məhv edib. Bu barədə bu gün Türkiyə Müdafiə Nazirliyinin rəsmi "Twitter" hesabındakı məlumatda vurğulanır.
"Sülh mənbəyi" və "Zeytun budağı" əməliyyatları keçirilən bölgələrdə hücumları planlaşdıran PKK-nın 14 terrorçusu məhv edilib", - deyə məlumatda bildirilir.
Ankara PKK-nı terror təşkilatı və milli təhlükəsizliyə əsas təhdidlərdən biri hesab edir. Bu təşkilatla münaqişə 1984-cü ildən etibarən davam edir.
Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada quru əməliyyatı yaxın vaxtlarda həyata keçiriləcək. Bu barədə "Yeni Şafak" qəzeti bu günlərdə Türkiyə müdafiə naziri Hulusi Akarın hakim Ədalət və İnkişaf Partiyasının qapalı iclasında verdiyi hesabata istinadən məlumat verib.