https://sputnik.az/20221128/taxil-sazisi-gosterdi-ki-ukrayna-meselesinde-diplomatiya-mumkundur--erdogan-449062852.html
Taxıl sazişi göstərdi ki, Ukrayna məsələsində diplomatiya mümkündür – Ərdoğan
Taxıl sazişi göstərdi ki, Ukrayna məsələsində diplomatiya mümkündür – Ərdoğan
Sputnik Azərbaycan
Türkiyə dövlət başçısı bildirib ki, bu ölkə ilk gündən Rusiya ilə Ukrayna arasında müharibəyə son qoymaq üçün intensiv olaraq çalışır. 28.11.2022, Sputnik Azərbaycan
2022-11-28T19:09+0400
2022-11-28T19:09+0400
2022-11-28T19:09+0400
taxıl
türkiyə
ukrayna
dünya xəbərləri
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445332647_0:213:2886:1836_1920x0_80_0_0_c15df006eee0d6e4be6d7bbb8e97bf5e.jpg
BAKI, 28 noyabr — Sputnik. Taxıl sazişinin həyata keçirilməsi göstərdi ki, Ukraynadakı vəziyyətin diplomatik yolla həlli mümkündür. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib."Humanitar dəyərlərin sınaqdan keçirildiyi bu çətin günlərdə Türkiyə öz vəsaitlərini ehtiyacı olanlarla bölüşüb. Biz ilk gündən Rusiya ilə Ukrayna arasındakı müharibəni sona çatdırmaq üçün intensiv olaraq çalışdıq. Biz göstərdik ki, diplomatik həll Qara dənizdən keçən taxıl dəhlizi sayəsində və məhbusların mübadiləsi haqqında müqavilə ilə mümkündür", - deyə Ərdoğan İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlıq Daimi Komitəsinin (İSEDAK) 38-ci iclasında çıxış edərkən deyib.Türkiyə liderinin sözlərinə görə, pandemiya ilə başlayan və enerji qiymətlərinin artması ilə davam edən böhran miqyasını dəyişərək davam edir.Xatırladaq ki, iyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanmış taxıl sazişi Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə Odessa da daxil olmaqla üç limandan ixracını nəzərdə tutur. Sazişin müddəti noyabrın 18-də başa çatıb, lakin tərəflərdən heç birinin etirazı olmadan avtomatik olaraq 120 gün müddətinə uzadılması nəzərdə tutulub.Bu yaxınlarda Rusiya Xarici İşlər Nazirliyi "belə etirazların olmadığını" bildirərək qeyd edib ki, Rusiya tərəfi Ukrayna taxılının ixracı üçün "Qara dəniz təşəbbüsü"nün müddət və həcmdə heç bir dəyişiklik olmadan texniki prolonqasiyasına icazə verir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445332647_78:0:2809:2048_1920x0_80_0_0_b226c1247faf0d37d31b3fb88d43b22f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
taxıl, türkiyə, ukrayna
Taxıl sazişi göstərdi ki, Ukrayna məsələsində diplomatiya mümkündür – Ərdoğan
Türkiyə dövlət başçısı bildirib ki, bu ölkə ilk gündən Rusiya ilə Ukrayna arasında müharibəyə son qoymaq üçün intensiv olaraq çalışır.
BAKI, 28 noyabr — Sputnik. Taxıl sazişinin həyata keçirilməsi göstərdi ki, Ukraynadakı vəziyyətin diplomatik yolla həlli mümkündür. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Humanitar dəyərlərin sınaqdan keçirildiyi bu çətin günlərdə Türkiyə öz vəsaitlərini ehtiyacı olanlarla bölüşüb. Biz ilk gündən Rusiya ilə Ukrayna arasındakı müharibəni sona çatdırmaq üçün intensiv olaraq çalışdıq. Biz göstərdik ki, diplomatik həll Qara dənizdən keçən taxıl dəhlizi sayəsində və məhbusların mübadiləsi haqqında müqavilə ilə mümkündür", - deyə Ərdoğan İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlıq Daimi Komitəsinin (İSEDAK) 38-ci iclasında çıxış edərkən deyib.
Türkiyə liderinin sözlərinə görə, pandemiya ilə başlayan və enerji qiymətlərinin artması ilə davam edən böhran miqyasını dəyişərək davam edir.
Xatırladaq ki, iyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanmış taxıl sazişi Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə Odessa da daxil olmaqla üç limandan ixracını nəzərdə tutur. Sazişin müddəti noyabrın 18-də başa çatıb, lakin tərəflərdən heç birinin etirazı olmadan avtomatik olaraq 120 gün müddətinə uzadılması nəzərdə tutulub.
Bu yaxınlarda Rusiya Xarici İşlər Nazirliyi "belə etirazların olmadığını" bildirərək qeyd edib ki, Rusiya tərəfi Ukrayna taxılının ixracı üçün "Qara dəniz təşəbbüsü"nün müddət və həcmdə heç bir dəyişiklik olmadan texniki prolonqasiyasına icazə verir.