Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Vətən müharibəsindən sonra üçtərəfli bəyanatın imzalanması rəğmən sərhəddə erməni təxribatları səngimək bilmir. Ermənistanla sərhəddə son hadisələr barədə Sputnik Azərbaycan-ın süjetində oxuyun.

Sülh müqaviləsi ilə bağlı təkliflərə Bakıdan cavab almışıq - Ermənistan XİN

© Sputnik / Press service of the Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidErmənistanın xarici işlər naziri Ararat Mirzoyan
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan - Sputnik Azərbaycan, 1920, 28.11.2022
Abunə olmaq
Bu gün Azərbaycan prezidenti İlham Əliyev ABŞ Dövlət Departamentinin Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri Filip Rikerlə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasını müzakirə edib.
BAKI, 28 noyabr - Sputnik. İrəvan sülh müqaviləsi ilə bağlı təkliflərə Bakının cavablarını alıb. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Armenpress” agentliyinə müsahibəsində deyib.
“Bildiyiniz kimi, biz Azərbaycana münasibətlərin tənzimlənməsi ilə bağlı təkliflərimizi və ya sülh müqaviləsi layihəsini təqdim etmişik və onların cavablarını yalnız dünən almışıq. Ona görə də müzakirələr davam edir”, - deyə Mirzoyan bildirib.
Onun sözlərinə görə, Ermənistan tərəfi bu məsələdə tezliklə razılığa gəlməyə ümid edir.
“Beynəlxalq tərəfdaşlarımızın vasitəçilik səyləri də bu prosesdə mühüm rol oynaya bilər”, - deyə Ermənistan XİN rəhbəri bildirib.
Eyni zamanda o, Azərbaycan tərəfdən hansı cavabın alındığının təfərrüatlarını açıqlamayıb.
Xatırladaq ki, bu gün Azərbaycan prezidenti İlham Əliyev ABŞ Dövlət Departamentinin Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri Filip Rikerlə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasını müzakirə edib.
Görüş zamanı Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin noyabrın 7-də Vaşinqtonda sülh müqaviləsinin hazırlanması və Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasına dair görüşünə dair fikir mübadiləsi aparılıb.
Xəbər lenti
0