https://sputnik.az/20221128/sanksiyalar-akkuyunun-maliyyelesdirilmesinde-problem-yaratmayacaq-449040163.html
Sanksiyalar "Akkuyu"nun maliyyələşdirilməsində problem yaratmayacaq
Sanksiyalar "Akkuyu"nun maliyyələşdirilməsində problem yaratmayacaq
Sputnik Azərbaycan
Komarov vurğulayıb ki, təxminən 5 giqavat gücündə olan Akkuyu atom elektrik stansiyası dünyada 4 reaktorun eyni vaxtda tikildiyi yeganə ərazidir. 28.11.2022, Sputnik Azərbaycan
2022-11-28T13:11+0400
2022-11-28T13:11+0400
2022-11-28T13:11+0400
dünya xəbərləri
rusiya
türkiyə
aes
sanksiyalar
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1d/434703407_0:97:1024:673_1920x0_80_0_0_e31f8733aa1197111734f6e004b20362.jpg
BAKI, 28 noyabr — Sputnik. Avropa İttifaqının sanksiyaları "Akkuyu" AES-in maliyyələşdirilməsində problem yaratmayacaq. Bunu Rusiyanın "Rosatom" dövlət korporasiyası rəhbərinin birinci müavini Kirill Komarov bildirib.Onun sözlərinə görə, Akkuyu hazırda atom elektrik stansiyasının tikintisi üçün dünyanın ən böyük sahəsidir.Komarov vurğulayıb ki, təxminən 5 giqavat gücündə olan Akkuyu atom elektrik stansiyası dünyada 4 reaktorun eyni vaxtda tikildiyi yeganə ərazidir.Akkuyu AES Türkiyədə tikilməkdə olan ilk atom elektrik stansiyasıdır. Planlaşdırılır ki, stansiyanın bütün dörd bloku Rusiyanın qabaqcıl VVER-1200 reaktorları ilə istismara verildikdən sonra ildə təxminən 35 milyard kilovat-saat elektrik enerjisi istehsal edəcək.Türkiyənin elektrik enerjisinə olan tələbatının 10%-ə qədərini ödəyəcək. Akkuyu AES qlobal nüvə sənayesində "qur-sahib ol-işlət" modeli ilə həyata keçirilən ilk layihədir. Tikintinin dəyəri təxminən 20 milyard dollardır. Akkuyu layihəsi nüvə enerjisi sənayesində bütün müasir beynəlxalq təhlükəsizlik tələblərinə cavab verir."Akkuyu" AES-in birinci enerji blokunun tikintisi 2018-ci ilin aprelində, ikincisi 2020-ci ilin aprelində, üçüncüsü 2021-ci ilin martında, dördüncü enerji blokunun tikintisi bu ilin iyulunda başlayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1d/434703407_115:0:1024:682_1920x0_80_0_0_a409841a6948ce06c57acc2c86904a7f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, türkiyə, aes, sanksiyalar
rusiya, türkiyə, aes, sanksiyalar
Sanksiyalar "Akkuyu"nun maliyyələşdirilməsində problem yaratmayacaq
Komarov vurğulayıb ki, təxminən 5 giqavat gücündə olan Akkuyu atom elektrik stansiyası dünyada 4 reaktorun eyni vaxtda tikildiyi yeganə ərazidir.
BAKI, 28 noyabr — Sputnik. Avropa İttifaqının sanksiyaları "Akkuyu" AES-in maliyyələşdirilməsində problem yaratmayacaq. Bunu Rusiyanın "Rosatom" dövlət korporasiyası rəhbərinin birinci müavini Kirill Komarov bildirib.
Onun sözlərinə görə, Akkuyu hazırda atom elektrik stansiyasının tikintisi üçün dünyanın ən böyük sahəsidir.
Komarov vurğulayıb ki, təxminən 5 giqavat gücündə olan Akkuyu atom elektrik stansiyası dünyada 4 reaktorun eyni vaxtda tikildiyi yeganə ərazidir.
Akkuyu AES Türkiyədə tikilməkdə olan ilk atom elektrik stansiyasıdır. Planlaşdırılır ki, stansiyanın bütün dörd bloku Rusiyanın qabaqcıl VVER-1200 reaktorları ilə istismara verildikdən sonra ildə təxminən 35 milyard kilovat-saat elektrik enerjisi istehsal edəcək.
Türkiyənin elektrik enerjisinə olan tələbatının 10%-ə qədərini ödəyəcək. Akkuyu AES qlobal nüvə sənayesində "qur-sahib ol-işlət" modeli ilə həyata keçirilən ilk layihədir. Tikintinin dəyəri təxminən 20 milyard dollardır. Akkuyu layihəsi nüvə enerjisi sənayesində bütün müasir beynəlxalq təhlükəsizlik tələblərinə cavab verir.
"Akkuyu" AES-in birinci enerji blokunun tikintisi 2018-ci ilin aprelində, ikincisi 2020-ci ilin aprelində, üçüncüsü 2021-ci ilin martında, dördüncü enerji blokunun tikintisi bu ilin iyulunda başlayıb.