DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qazaxıstanda yenə seçki keçiriləcək

© Sputnik / Murad OrujovQazaxıstanda seçkilər, arxiv şəkli
Qazaxıstanda seçkilər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.11.2022
Abunə olmaq
Noyabrın 26-da keçirilən andiçmə mərasimində çıxış edən Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev qeyd edib ki, Senat deputatlarının növbəti seçkiləri konstitusiya islahatının həyata keçirilməsinin davamı olacaq.
BAKI, 28 noyabr — Sputnik. Yanvarın 14-də keçiriləcək seçkilərə hazırlıq çərçivəsində Qazaxıstan parlamentinin senatına (yuxarı palata) deputatlığa namizədlərin irəli sürülməsinə çərşənbə axşamı başlanılacaq. Bu barədə respublika Mərkəzi Seçki Komissiyasının sədr müavini Konstantin Petrov bildirib.
Noyabrın 26-da keçirilən andiçmə mərasimində çıxış edən Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev qeyd edib ki, Senat deputatlarının növbəti seçkiləri konstitusiya islahatının həyata keçirilməsinin davamı olacaq. Onların nəticələrinə əsasən, rəqabət və aşkarlıq prinsipləri əsasında yuxarı palatanın deputat korpusunun bir hissəsi yenilənəcək. Elə həmin gün Tokayev Senat deputatlarına seçkilərin 2023-cü il yanvarın 14-nə təyin edilməsi haqqında sərəncam imzalayıb.
"Namizədlərin irəli sürülməsi sabah başlayır və dekabrın 14-də yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 16:00) başa çatır", - Petrov MSK-nın iclasında deyib.
Seçkiqabağı təşviqat mərhələsi 19 gün davam edir. Mərkəzi Seçki Komissiyası səsvermənin nəticələrini yanvarın 20-dək müəyyən edəcək.
Senatın deputatı 30 yaşına çatmış, ali təhsilli və azı beş il iş stajına malik, ən azı müvafiq rayonun, respublika əhəmiyyətli şəhərin və ya paytaxtın ərazisində üç il daimi yaşayan vətəndaş ola bilər.
Senat ölkənin 17 regionunun, iki respublika əhəmiyyətli şəhərinin (Alma-Ata və Çimkənd), habelə paytaxtın hər birindən iki nəfərdən ibarət deputatlar tərəfindən formalaşdırılır. Bundan əlavə, senatda cəmiyyətin milli, mədəni və digər əhəmiyyətli maraqlarının təmsil olunmasının təmin edilməsi zərurəti ilə əlaqədar prezident tərəfindən 15 deputat təyin edilir.
Senatın deputatları seçki hüququ əsasında, öz növbəsində, ümumi seçkilərdə respublika vətəndaşları tərəfindən seçilən seçicilər - məclislərin deputatları tərəfindən gizli səsvermə yolu ilə seçilirlər. Senatın deputatlarının səlahiyyət müddəti altı ildir. Eyni zamanda, onların yarısı üç ildən bir yenidən seçilir.
Xəbər lenti
0