https://sputnik.az/20221128/naxcivan-muxtar-respublikasinin-dovlet-gomruk-komitesi-legv-edilib-449053014.html
Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ləğv edilib
Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ləğv edilib
Sputnik Azərbaycan
"Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin 5.8-ci bəndindən ", Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədrindən"... 28.11.2022, Sputnik Azərbaycan
2022-11-28T15:57+0400
2022-11-28T15:57+0400
2022-11-28T15:57+0400
cəmiyyət
naxçıvan
gömrük
ləğv
https://cdnn1.img.sputnik.az/img/07e5/05/05/426874766_0:0:2368:1333_1920x0_80_0_0_3fe0303ea286c7a07b1264ee0c49ca66.jpg
BAKI, 28 noyabr — Sputnik. Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ləğv edilib. Bu, Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə" fərmanında dəyişiklik edilməsi barədə fərmanda nəzərdə tutulub.Belə ki, "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə"nin 5.1-ci bəndindən Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi" sözləri çıxarılıb.Əsasnamənin 5.8-ci bəndindən "Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədrindən" sözləri çıxarılıb.Habelə, Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb. Həmin idarə isə Dövlət Gömrük Komitəsinin strukturuna daxil edilib.Dövlət Gömrük Komitəsinə qurumun strukturunun təkmilləşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/05/426874766_163:0:2368:1654_1920x0_80_0_0_7ef7345f80a984714a69bbbe97fe8678.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
naxçıvan, gömrük, ləğv
Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ləğv edilib
"Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin 5.8-ci bəndindən ", Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədrindən" sözləri çıxarılıb.
BAKI, 28 noyabr — Sputnik. Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ləğv edilib. Bu, Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə" fərmanında dəyişiklik edilməsi barədə fərmanda nəzərdə tutulub.
Belə ki, "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə"nin 5.1-ci bəndindən Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi" sözləri çıxarılıb.
Əsasnamənin 5.8-ci bəndindən "Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədrindən" sözləri çıxarılıb.
Habelə, Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb. Həmin idarə isə Dövlət Gömrük Komitəsinin strukturuna daxil edilib.
Dövlət Gömrük Komitəsinə qurumun strukturunun təkmilləşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.