Ulu öndər Heydər Əliyev - Sputnik Azərbaycan, 1920, 20.01.2023
Heydər Əliyev ili

"Heydər Əliyev İli" ilə bağlı Tədbirlər Planı" təsdiq edilib

© AFP 2024 / ALEXANDER NEMENOVHeydər Əliyev
Heydər Əliyev - Sputnik Azərbaycan, 1920, 28.11.2022
Abunə olmaq
Plana uyğun olaraq Azərbaycan Respublikasının "Heydər Əliyev – 100" yubiley medalı, habelə bir sıra digər mükafatlar da təsis olunacaq.
BAKI, 28 noyabr — Sputnik. "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı Tədbirlər Planı" təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı Tədbirlər Planı" təsdiq edilib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
"Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı Tədbirlər Planı"na əsasən "Heydər Əliyev təqaüdü" təsis ediləcək.
Prezident Administrasiyası, Elm və Təhsil Nazirliyi və Maliyyə Nazirliyi 2023-cü il may–iyun aylarında ali təhsildə yüksək akademik göstəriciləri olan tələbələr üçün "Heydər Əliyev təqaüdü" təsis edilməsini təmin etməlidir.
Həmçinin Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələr hazırlanacaq. Bu sahədə icraçı orqanlar Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Mərkəzi Bankı (tövsiyə olunur) müəyyənləşib.
Qızıl sikkələr 2023-cü il fevral–may aylarında hazırlanmalıdır. Eyni zamanda 2023-cü ilin yanvar–may aylarındaAzərbaycan Respublikasının "Heydər Əliyev – 100" yubiley medalı təsis ediləcək.
Bu sahədə icraçı qurumlar Prezident Administrasiyası və Milli Məclisdir.
Xəbər lenti
0