https://sputnik.az/20221128/gelen-il-dovlet-neft-fondunun-budcesinde-kesir-yaranacagi-gozlenilir-449062599.html
Gələn il Dövlət Neft Fondunun büdcəsində kəsir yaranacağı gözlənilir
Gələn il Dövlət Neft Fondunun büdcəsində kəsir yaranacağı gözlənilir
Sputnik Azərbaycan
Gələn il ARDNF-in xərclərinin 11 280 milyon manatını və yaxud 99%-ni dövlət büdcəsinə transfertlər təşkil edəcək. 28.11.2022, Sputnik Azərbaycan
2022-11-28T18:47+0400
2022-11-28T18:47+0400
2022-11-28T18:50+0400
manat
iqtisadiyyat
dövlət neft fondu
büdcə
kəsir
https://cdnn1.img.sputnik.az/img/42229/49/422294966_0:102:2000:1227_1920x0_80_0_0_8ad65c9be8834edca58f27d90abdd702.jpg
BAKI, 28 noyabr — Sputnik. Gələn il Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirlərinin bu ilin proqnozu ilə müqayisədə 43,1% az - 8 990,9 milyon manat, büdcə xərclərinin isə bu ilin proqnozu ilə müqayisədə 1,8% az - 11 392,3 milyon manat olacağı gözlənilir.Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Hesablama Palatasının ARDNF-in 2023-cü il büdcə layihəsinə verdiyi rəydə bildirilib.Sənədə əsasən, 2023-cü ildə ARDNF-in gəlirlərinin 6 571,4 milyon manatını və yaxud 73,1%-ni neft-qaz satışından əldə olunacaq xalis gəlirlər təşkil edəcək. Eyni zamanda, Fond akrhesabı ödənişlərdən 4,3 milyon manat, trazitdən 23,6 milyon manat, bonus ödənişlərindən 800,8 milyon manat, vəsaitinin idarə olunmasından isə 1 590,9 milyon manat gəlir əldə edəcək.Gələn il ARDNF-in xərclərinin 11 280 milyon manatını və yaxud 99%-ni dövlət büdcəsinə transfertlər təşkil edəcək. Bundan başqa, Fond "2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"na 38,5 milyon manat, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət proqramı"na 36,7 milyon manat, idarə edilməsinə isə 37,1 milyon manat xərcləyəcək.Beləliklə, 2023-ci ildə ARDNF-in büdcəsində 2 401,4 milyon manat kəsir yaranacaq.Fondun gəlirlərinin əsas formalaşma mənbəyini təşkil edən Azəri-Çıraq-Günəşli yatağı üzrə növbəti ildə hasilat həcminin (129,6 mln. barel) cari ilin dürüstləşmiş büdcəsinə (153,1 mln. barel) nisbətən 23,5 mln. barel az, Şahdəniz yatağı üzrə qaz hasilatının həcminin isə 1,5 mlrd.kub metr artıq nəzərdə tutulması və xam neftin satış qiymətinin 50,0 ABŞ dolları həcmində müəyyənləşməsi Fondun gəlirlərinin 8 990,9 mln. manat proqnozlaşdırılmasına təsir edib.ARDNF-in xərclərinin 11 392,3 mln. manat həcmində nəzərdə tutulması nəticə etibarilə valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlərin artımına öz mənfi təsirini göstərib. Son nəticədə növbəti ildə Fondun büdcəsinin 2 401,4 mln. manat kəsirlə proqnozlaşdırılmasına şərait yaradıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42229/49/422294966_114:0:1887:1330_1920x0_80_0_0_4a6c3679b3e8f5f64a014c6a17deb21d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
manat, dövlət neft fondu, büdcə, kəsir
manat, dövlət neft fondu, büdcə, kəsir
Gələn il Dövlət Neft Fondunun büdcəsində kəsir yaranacağı gözlənilir
18:47 28.11.2022 (Yenilənib: 18:50 28.11.2022) Gələn il ARDNF-in xərclərinin 11 280 milyon manatını və yaxud 99%-ni dövlət büdcəsinə transfertlər təşkil edəcək.
BAKI, 28 noyabr — Sputnik. Gələn il Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirlərinin bu ilin proqnozu ilə müqayisədə 43,1% az - 8 990,9 milyon manat, büdcə xərclərinin isə bu ilin proqnozu ilə müqayisədə 1,8% az - 11 392,3 milyon manat olacağı gözlənilir.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Hesablama Palatasının ARDNF-in 2023-cü il büdcə layihəsinə verdiyi rəydə bildirilib.
Sənədə əsasən, 2023-cü ildə ARDNF-in gəlirlərinin 6 571,4 milyon manatını və yaxud 73,1%-ni neft-qaz satışından əldə olunacaq xalis gəlirlər təşkil edəcək. Eyni zamanda, Fond akrhesabı ödənişlərdən 4,3 milyon manat, trazitdən 23,6 milyon manat, bonus ödənişlərindən 800,8 milyon manat, vəsaitinin idarə olunmasından isə 1 590,9 milyon manat gəlir əldə edəcək.
Gələn il ARDNF-in xərclərinin 11 280 milyon manatını və yaxud 99%-ni dövlət büdcəsinə transfertlər təşkil edəcək. Bundan başqa, Fond "2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"na 38,5 milyon manat, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət proqramı"na 36,7 milyon manat, idarə edilməsinə isə 37,1 milyon manat xərcləyəcək.
Beləliklə, 2023-ci ildə ARDNF-in büdcəsində 2 401,4 milyon manat kəsir yaranacaq.
Fondun gəlirlərinin əsas formalaşma mənbəyini təşkil edən Azəri-Çıraq-Günəşli yatağı üzrə növbəti ildə hasilat həcminin (129,6 mln. barel) cari ilin dürüstləşmiş büdcəsinə (153,1 mln. barel) nisbətən 23,5 mln. barel az, Şahdəniz yatağı üzrə qaz hasilatının həcminin isə 1,5 mlrd.kub metr artıq nəzərdə tutulması və xam neftin satış qiymətinin 50,0 ABŞ dolları həcmində müəyyənləşməsi Fondun gəlirlərinin 8 990,9 mln. manat proqnozlaşdırılmasına təsir edib.
ARDNF-in xərclərinin 11 392,3 mln. manat həcmində nəzərdə tutulması nəticə etibarilə valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlərin artımına öz mənfi təsirini göstərib. Son nəticədə növbəti ildə Fondun büdcəsinin 2 401,4 mln. manat kəsirlə proqnozlaşdırılmasına şərait yaradıb.