Azərbaycanda mal və qoyun əti bahalaşıb – Qiymətlər

© Sputnik / Ilham MustafayevƏt, arxiv şəkli
Ət, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.11.2022
Abunə olmaq
Bu ilin oktyabr ayında sentyabr ayına nisbətən ət məhsullarının orta aylıq pərakəndə qiymətləri qalxıb.
BAKI, 28 noyabr — Sputnik. Azərbaycanda ötən ay ət məhsullarının orta aylıq pərakəndə satış qiymətləri artıb. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, aylıq müqayisədə oktyabr ayında sümüklü mal ətinin bir kiloqramının qiyməti 12.39 manatdan 12.92 manata, sümüksüz mal ətinin (tikə) qiyməti 14.36 manatdan 15.03 manata qalxıb.
Qoyun ətinin bir kiloqramı isə aylıq müqayisədə 1.5% bahalaşma ilə 13.61 manatdan 13.81 manata qədər bahalaşıb.
Toyuq ətində bahalaşma oktyabr ayında cəmi 0.9% artmaqla 5.73 manat/kq təşkil edib. Xaricdən gətirilən toyuq əti yerli istehsal olan məhsuldan baha satılır.
Suda bişmiş kolbasanın qiyməti ötən ay 13.27 manatdan 13.38 manata, hisə verilmiş, yarım hisə verilmiş kolbasanın qiyməti 17.04 manatdan 17.19 manata, sosiskanın qiyməti isə 13.27 manatdan 13.40 manata yüksəlib.
Xatırladaq ki, bundan öncə iqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, dana ətinin bahalaşması əsasən yemin qiymətinin qalxması ilə bağlıdır:

"Digər tərəfdən, bu artıma baytarlıq xidmətlərin, dərmanların, iynələrin bahalaşmasının da təsiri var. Bundan əlavə, əgər digər məhsulların qiyməti qalxırsa, ət istehsalçıları da öz ehtiyaclarını ödəmək üçün qiyməti qaldırmaq məcburiyyətindədirlər. Digər sahələrdə qiymət artırsa, təkcə ətin qiymətinin qalxmaması məntiqsizlik olardı. Alıcılar həmişə istəyirlər ki, qiymətlər ucuz olsun. Amma digər məhsulların bahalaşması ət istehsalçılarının da qiymət artırmasına səbəb olub".

© Sputnikİqtisadçı Natiq Cəfərli
Natiq Cəfərli - Sputnik Azərbaycan, 1920, 28.11.2022
İqtisadçı Natiq Cəfərli
O bildirib ki, dünya bazarlarında da yemin qiymətində kifayət qədər bahalaşma var: "Son 1 ildə əsasən qarğıdalı, arpa və digər dənli bitkilərin qiymətində 40 faizə yaxın bahalaşma var. Bu, Azərbaycana təsirsiz ötüşmür. Ölkə daxilində yem istehsalçıları da qiymətləri qaldırırlar".
Qeyd edək ki, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-oktyabr aylarında quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 2,9 faiz artaraq 470,8 min ton, süd istehsalı 1,6 faiz artaraq 1837,6 min ton, yumurta istehsalı 6,7 faiz artaraq 1658,6 milyon ədəd olub.
Xəbər lenti
0