Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin Zirvə görüşü hazırlanır - Çavuşoğlu

© AFP 2023 / OZAN KOSETürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu - Sputnik Azərbaycan, 1920, 28.11.2022
Abunə olmaq
Türkmənistan xarici işlər naziri Rəşid Meredov da dövlət başçılarının üçtərəfli Zirvə görüşünə hazırlıq getdiyini qeyd edib.
BAKI, 28 noyabr — Sputnik. Avazada Azərbaycan, Türkiyə və Türkmənistan dövlət başçılarının üçtərəfli Zirvə görüşünə hazırlıq gedir.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada türkmənistanlı həmkarı ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Zirvədən bir gün əvvəl xarici işlər və nəqliyyat nazirlərinin də toplantısının həyata keçirilməsində fayda var.
Onun sözlərinə görə, razılaşmaların imzalanması planlaşdırılır.
Türkmənistan xarici işlər naziri Rəşid Meredov da dövlət başçılarının üçtərəfli Zirvə görüşünə hazırlıq getdiyini qeyd edib.
"Bu, çox faydalı olacaq. Qardaş xalqlar - türkmənlər, azərbaycanlılar və türkiyəlilər birlikdə böyük işlər həyata keçirə bilərik", - Rəşid Meredov vurğulayıb.
Xəbər lenti
0