https://sputnik.az/20221128/asco-informasiya-sistemlerini-hokumet-buluduna-kocurub-449040779.html
ASCO informasiya sistemlərini "Hökumət buludu"na köçürüb
ASCO informasiya sistemlərini "Hökumət buludu"na köçürüb
Sputnik Azərbaycan
QSC İT resurslarını "AzInTelecom" MMC-yə məxsus Data Mərkəzində yerləşdirməklə kritik sistemlərinin yüksək əlçatanlığını təmin edib. 28.11.2022, Sputnik Azərbaycan
2022-11-28T14:32+0400
2022-11-28T14:32+0400
2022-11-28T14:32+0400
informasiya
cəmiyyət
bulud
"azərbaycan xəzər dəniz gəmiçiliyi" qapalı səhmdar cəmiyyəti
https://cdnn1.img.sputnik.az/img/42110/18/421101830_0:248:3072:1976_1920x0_80_0_0_6f9cb4e303b75ac1751efa6fb0753cfc.jpg
BAKI, 28 noyabr — Sputnik. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) informasiya sistemlərinin qismən "Hökumət buludu"na köçürülməsi çərçivəsində "AzInTelecom" MMC-nin təqdim etdiyi IaaS (İnfrastructure-as-a-Service) bulud infrastrukturu xidmətini əldə edib.Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata görə, QSC İT resurslarını "AzInTelecom" MMC-yə məxsus Data Mərkəzində yerləşdirməklə kritik sistemlərinin yüksək əlçatanlığını təmin edib.Həmçinin Azərbaycan Xəzər Dəniz Data Mərkəzində təqdim edilən Rezervləmə (BaaS – Backup as a service) bulud xidmətindən yararlanır.Bunlardan əlavə, ASCO-nun Rezervləmə (BaaS – Backup as a service) bulud xidmətindən daha keyfiyyətli formada faydalanması üçün qarşılıqlı razılaşma əsasında transmissiya xidməti həyata keçirilib.Cəmiyyətin İT infrastrukturunun yerləşdiyi inzibati ofislə "AzInTelecom" MMC-yə məxsus Data Mərkəzi arasında transmissiya xətti çəkilib. Bununla da Rezervləmə xidməti zamanı məlumatların ötürülməsinin sürətliliyi, təhlükəsizliyi daha üstün səviyyədə təmin edilib.Qeyd edək ki, dövlət qurumlarının "Hökumət buludu"na miqrasiyası ilə cari İT xərclərinin azalması və informasiya sistemlərinin məhsuldarlığının artırılması ilə bərabər, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksək keyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42110/18/421101830_0:0:2731:2048_1920x0_80_0_0_81c36fb90396bdf1f72b2a2c47a2db3f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
informasiya, bulud, "azərbaycan xəzər dəniz gəmiçiliyi" qapalı səhmdar cəmiyyəti
informasiya, bulud, "azərbaycan xəzər dəniz gəmiçiliyi" qapalı səhmdar cəmiyyəti
ASCO informasiya sistemlərini "Hökumət buludu"na köçürüb
QSC İT resurslarını "AzInTelecom" MMC-yə məxsus Data Mərkəzində yerləşdirməklə kritik sistemlərinin yüksək əlçatanlığını təmin edib.
BAKI, 28 noyabr — Sputnik. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) informasiya sistemlərinin qismən "Hökumət buludu"na köçürülməsi çərçivəsində "AzInTelecom" MMC-nin təqdim etdiyi IaaS (İnfrastructure-as-a-Service) bulud infrastrukturu xidmətini əldə edib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata görə, QSC İT resurslarını "AzInTelecom" MMC-yə məxsus Data Mərkəzində yerləşdirməklə kritik sistemlərinin yüksək əlçatanlığını təmin edib.
Həmçinin Azərbaycan Xəzər Dəniz Data Mərkəzində təqdim edilən Rezervləmə (BaaS – Backup as a service) bulud xidmətindən yararlanır.
Bunlardan əlavə, ASCO-nun Rezervləmə (BaaS – Backup as a service) bulud xidmətindən daha keyfiyyətli formada faydalanması üçün qarşılıqlı razılaşma əsasında transmissiya xidməti həyata keçirilib.
Cəmiyyətin İT infrastrukturunun yerləşdiyi inzibati ofislə "AzInTelecom" MMC-yə məxsus Data Mərkəzi arasında transmissiya xətti çəkilib. Bununla da Rezervləmə xidməti zamanı məlumatların ötürülməsinin sürətliliyi, təhlükəsizliyi daha üstün səviyyədə təmin edilib.
Qeyd edək ki, dövlət qurumlarının "Hökumət buludu"na miqrasiyası ilə cari İT xərclərinin azalması və informasiya sistemlərinin məhsuldarlığının artırılması ilə bərabər, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksək keyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.