https://sputnik.az/20221128/abs-xususi-kanallar-vasitesile-rusiya-ile-bu-meseleni-muzakire-edir-449037673.html
ABŞ xüsusi kanallar vasitəsilə Rusiya ilə bu məsələni müzakirə edir
ABŞ xüsusi kanallar vasitəsilə Rusiya ilə bu məsələni müzakirə edir
Sputnik Azərbaycan
Birləşmiş Ştatlar xüsusi kanallar vasitəsilə Rusiya hakimiyyəti ilə Britni Qriner və Pol Uilanın azadlığa buraxılması məsələsini müzakirə etməyə davam edir. 28.11.2022, Sputnik Azərbaycan
2022-11-28T13:51+0400
2022-11-28T13:51+0400
2022-11-28T13:51+0400
abş
dünya xəbərləri
rusiya
məhkum
azad
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/1c/449037502_0:0:2742:1543_1920x0_80_0_0_73f20775c2dbfcb2aedc11961deab833.jpg
BAKI, 28 noyabr — Sputnik. Vaşinqton xüsusi kanallar vasitəsilə Rusiya hakimiyyəti ilə Britni Qriner və Pol Uilanın azad edilməsi məsələsini müzakirə etməkdə davam edir. Bunu ABŞ-ın Rusiya Federasiyasındakı müvəqqəti işlər vəkili Elizabet Rud RİA Novosti-yə müsahibəsində bildirib."Birləşmiş Ştatlar xüsusi kanallar vasitəsilə Rusiya hakimiyyəti ilə Britni Qriner və Pol Uilanın azadlığa buraxılması məsələsini müzakirə etməyə davam edir. Artıq dediyimiz kimi, Birləşmiş Ştatlar baxılması üçün ciddi təklif təqdim edib. Lakin hələlik ciddi cavab almayıb. Mən razılığa gəlməyimizə kömək edəcək cavabı nəzərdə tuturam", - deyə Rud qeyd edib.KİV-in məlumatına görə, iyulun sonunda Vaşinqton Moskvaya silah alverinə görə ABŞ-da həbs cəzası çəkən rusiyalı iş adamı Viktor Butu Rusiya Federasiyasında casusluqda təqsirli bilinən Pol Uilan və basketbolçu Britni Qriner ilə dəyişməyi təklif edib. Qriner avqustda narkotik qaçaqmalçılığına görə doqquz il həbs cəzası alıb.Noyabrda Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Moskvanın Viktor Butun mübadiləsində müsbət nəticəyə ümid etdiyini deyərək, onun mübadiləsinin müzakirə olunanlar arasında olmasını təklif edildiyini bildirmişdi.Eyni zamanda, Ryabkov vurğulayıb ki, mövzu ilə bağlı dialoq kontekstində "amerikalılar müəyyən aktivlik nümayiş etdirirlər".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/1c/449037502_13:0:2742:2047_1920x0_80_0_0_291231f3b719ac4d5fccdd2e24b32490.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
abş, rusiya, məhkum, azad
abş, rusiya, məhkum, azad
ABŞ xüsusi kanallar vasitəsilə Rusiya ilə bu məsələni müzakirə edir
Birləşmiş Ştatlar xüsusi kanallar vasitəsilə Rusiya hakimiyyəti ilə Britni Qriner və Pol Uilanın azadlığa buraxılması məsələsini müzakirə etməyə davam edir.
BAKI, 28 noyabr — Sputnik. Vaşinqton xüsusi kanallar vasitəsilə Rusiya hakimiyyəti ilə Britni Qriner və Pol Uilanın azad edilməsi məsələsini müzakirə etməkdə davam edir. Bunu ABŞ-ın Rusiya Federasiyasındakı müvəqqəti işlər vəkili Elizabet Rud RİA Novosti-yə müsahibəsində bildirib.
"Birləşmiş Ştatlar xüsusi kanallar vasitəsilə Rusiya hakimiyyəti ilə Britni Qriner və Pol Uilanın azadlığa buraxılması məsələsini müzakirə etməyə davam edir. Artıq dediyimiz kimi, Birləşmiş Ştatlar baxılması üçün ciddi təklif təqdim edib. Lakin hələlik ciddi cavab almayıb. Mən razılığa gəlməyimizə kömək edəcək cavabı nəzərdə tuturam", - deyə Rud qeyd edib.
KİV-in məlumatına görə, iyulun sonunda Vaşinqton Moskvaya silah alverinə görə ABŞ-da həbs cəzası çəkən rusiyalı iş adamı Viktor Butu Rusiya Federasiyasında casusluqda təqsirli bilinən Pol Uilan və basketbolçu Britni Qriner ilə dəyişməyi təklif edib. Qriner avqustda narkotik qaçaqmalçılığına görə doqquz il həbs cəzası alıb.
Noyabrda Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Moskvanın Viktor Butun mübadiləsində müsbət nəticəyə ümid etdiyini deyərək, onun mübadiləsinin müzakirə olunanlar arasında olmasını təklif edildiyini bildirmişdi.
Eyni zamanda, Ryabkov vurğulayıb ki, mövzu ilə bağlı dialoq kontekstində "amerikalılar müəyyən aktivlik nümayiş etdirirlər".