https://sputnik.az/20221127/stoltenberq-ukraynaya-destek-qerb-olkelerinin-sakinlerine-baha-basa-gelir-449026367.html
Stoltenberq: Ukraynaya dəstək qərb ölkələrinin sakinlərinə baha başa gəlir
Stoltenberq: Ukraynaya dəstək qərb ölkələrinin sakinlərinə baha başa gəlir
Sputnik Azərbaycan
Bu yaxınlarda “The New York Times” qəzeti mənbəyə istinadən yazıb ki, Şimali Atlantika Alyansına üzv olan ölkələrin əksəriyyəti Ukraynanı silahla təmin etməkdə... 27.11.2022, Sputnik Azərbaycan
2022-11-27T18:40+0400
2022-11-27T18:40+0400
2022-11-27T18:40+0400
dünya xəbərləri
nato
yens stoltenberq
baş katibi yens stoltenberq
ukrayna
yardım
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0c/438103082_0:160:3072:1888_1920x0_80_0_0_9fb607f1c276803676b917b95705b557.jpg
BAKI, 27 noyabr - Sputnik. Ukraynaya dəstək Avropa ölkələrinin sakinlərinə baha başa gəlir. Bunu NATO-nun baş katibi Yens Stoltenberq Almaniyanın “Welt am Sonnitag” qəzetinə verdiyi müsahibəsində bildirib.“Ərzaq və elektrik enerji xərclərinin artması Avropada bir çox evi idarə edənlər üçün çətin günlər deməkdir”, - deyən Stoltenberq qeyd edib ki, dünya ictimaiyyəti Ukraynada baş verənləri unutmamalıdır.Alyansın baş katibinin fikrincə, Ukraynanın hərbi uğurları nə qədər çox olarsa, gələcək danışıqlarda onun mövqeyi bir o qədər güclü olacaq. O vurğulayıb ki, Qərb ölkələri Ukraynaya “hərbi dəstək göstərsələr” danışıqlar masası arxasında Kiyevin mövqeyini gücləndirə bilərlər."Ən yaxşı yol sülhü dəstəkləmək, Ukraynanı dəstəkləməkdir", - deyə NATO rəhbəri hesab edir.O, həmçinin əlavə edib ki, Ukraynaya dəstəyin artırılması onun vətəndaşlarına “özünümüdafiə hüquqlarını müdafiə etməyə” kömək edəcək.Bu yaxınlarda “The New York Times” qəzeti mənbəyə istinadən yazıb ki, Şimali Atlantika Alyansına üzv olan ölkələrin əksəriyyəti Ukraynanı silahla təmin etməkdə öz imkanlarını tükəndiriblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0c/438103082_171:0:2902:2048_1920x0_80_0_0_39a205a1069f8a77a0f2d0b438823147.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nato, yens stoltenberq, baş katibi yens stoltenberq, ukrayna, yardım
nato, yens stoltenberq, baş katibi yens stoltenberq, ukrayna, yardım
Stoltenberq: Ukraynaya dəstək qərb ölkələrinin sakinlərinə baha başa gəlir
Bu yaxınlarda “The New York Times” qəzeti mənbəyə istinadən yazıb ki, Şimali Atlantika Alyansına üzv olan ölkələrin əksəriyyəti Ukraynanı silahla təmin etməkdə öz imkanlarını tükəndiriblər.
BAKI, 27 noyabr - Sputnik. Ukraynaya dəstək Avropa ölkələrinin sakinlərinə baha başa gəlir. Bunu NATO-nun baş katibi Yens Stoltenberq Almaniyanın “Welt am Sonnitag” qəzetinə verdiyi müsahibəsində bildirib.
“Ərzaq və elektrik enerji xərclərinin artması Avropada bir çox evi idarə edənlər üçün çətin günlər deməkdir”, - deyən Stoltenberq qeyd edib ki, dünya ictimaiyyəti Ukraynada baş verənləri unutmamalıdır.
Alyansın baş katibinin fikrincə, Ukraynanın hərbi uğurları nə qədər çox olarsa, gələcək danışıqlarda onun mövqeyi bir o qədər güclü olacaq. O vurğulayıb ki, Qərb ölkələri Ukraynaya “hərbi dəstək göstərsələr” danışıqlar masası arxasında Kiyevin mövqeyini gücləndirə bilərlər.
"Ən yaxşı yol sülhü dəstəkləmək, Ukraynanı dəstəkləməkdir", - deyə NATO rəhbəri hesab edir.
O, həmçinin əlavə edib ki, Ukraynaya dəstəyin artırılması onun vətəndaşlarına “özünümüdafiə hüquqlarını müdafiə etməyə” kömək edəcək.
Bu yaxınlarda “The New York Times” qəzeti mənbəyə istinadən yazıb ki, Şimali Atlantika Alyansına üzv olan ölkələrin əksəriyyəti Ukraynanı silahla təmin etməkdə öz imkanlarını tükəndiriblər.