Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Reabilitoloq bel ağrısının səbəbləri barədə

© Sputnik / Sergey Krasnouhov / Mediabanka keçidHəkim müayinəsi, arxiv şəkli
Həkim müayinəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.11.2022
Abunə olmaq
Bir çox hallarda ağrı iki həftə ərzində öz-özünə keçsə də, dərhal həkimə müraciət etməli olan narahatlıq əlamətləri var.
BAKI, 27 noyabr - Sputnik. Cəmiyyətdə bel ağrısının yırtıq və ya osteoxondrozla əlaqəli olduğuna dair geniş fikirlər mövcuddur, lakin əslində səbəb ən çox onurğa sütununu əhatə edən əzələlərdə olur. Bunu “Gazeta.Ru”ya fiziki və reabilitasiya üzrə həkim məlumat verib.
“Osteoxondroz, protruziya və yırtıqlar nadir hallarda bel ağrısına səbəb olur – müxtəlif tədqiqatlar bir faizdən on faizə qədər qiymət verir. Əsasən bel ağrısı yumşaq toxumalar problemlərindən qaynaqlanır. Bəzən bel ağrısı əzələ-skelet sistemi ilə əlaqəli olmayan səbəblərə görə baş verə bilər. Məsələn, böyrək xəstəliyi bel nahiyəsinə ağrı verə bilər”, - deyə Uşakov bildirib.
Bir çox hallarda ağrı iki həftə ərzində öz-özünə keçsə də, dərhal həkimə müraciət etməli olan narahatlıq əlamətləri var.
"Əgər ağrı kəskindirsə və ağrı kəsici qəbul etdikdən sonra keçmirsə, ayaqlarda zəiflik, aralıqda keyimə, çanaq orqanlarının fəaliyyətində bir növ nasazlıqlar varsa həkim mütləq MRT-yə göndərəcək", - deyə reabilitoloq izah edib.
Xəbər lenti
0