https://sputnik.az/20221127/pisikler-de-aqressivlesib---sehiyye-nazirliyinden-xeberdarliq-448917853.html
Pişiklər də aqressivləşib - Səhiyyə Nazirliyindən xəbərdarlıq
Pişiklər də aqressivləşib - Səhiyyə Nazirliyindən xəbərdarlıq
Sputnik Azərbaycan
İt və pişiklər tərəfindən törədilən zədələnmə halları zamanı quduzluq xəstəliyinə yoluxma təhlükəsi olduğundan dərhal tibb müəssisəsinə müraciət etmək... 27.11.2022, Sputnik Azərbaycan
2022-11-27T09:01+0400
2022-11-27T09:01+0400
2022-11-27T09:01+0400
pişik
cəmiyyət
səhiyyə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0e/438163584_0:286:2483:1682_1920x0_80_0_0_b59c655f64b3b53f6903e9ef1a0c638a.jpg
BAKI, 27 noyabr — Sputnik. Ötən ilin müvafiq dövrü ilə müqayisədə Respublikada pişiklərin dişləməsi, cırmaqlaması, tüpürcəyi ilə bağlı səhiyyə xidmətinə müraciət edənlərin sayı xeyli artıb.Bu barədə Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir.Qeyd olunur ki, belə olan halda xəstənin həyati təhlükəsi olur: "İstər it, istərsə də pişiklər tərəfindən törədilən zədələnmə halları zamanı quduzluq xəstəliyinə yoluxma təhlükəsi var. Bu səbəbdən də pişiklər tərəfindən törədilən hər hansı bir zədələnmə halında vətəndaş dərhal tibb müəssisəsinə müraciət etməli və quduzluq əleyhinə antirabik vaksin, immunoqlobulin və tetanud əleyhinə anatoksin vurdurmalıdır".Nazirlik qeyd edib ki, belə bir hadisə baş verdikdə vətəndaşın müraciət etdiyi tibb müəssisəsində zərərçəkənə tibbi karta açılır və orada zədələnmənin dərəcəsi, yaranın vəziyyəti, zədələnmənin harada və hansı şəraitdə baş verdiyi haqqında olan bütün məlumatlar qeyd edilir. "Əgər ev şəraitində saxlanılan pişik mütəmadi olaraq baytar nəzarətindədirsə və quduzluq əleyhinə vaksinlərini alırsa, bu zaman sağlam hesab edilir. Bundan başqa, heyvandarlıqla məşğul olan sahibkarlar, ovçular, baytar həkimləri bu xəstəliyə yoluxmamaq üçün quduzluq əleyhinə profilaktik vaksin vurdurmalıdırlar. Ən əsas da övladlarımızın heyvanlarla təması zamanı diqqətli olmalıyıq", - Nazirliyin məlumatında deyilir. O da bildirilir ki, quduzluq xəstəliyi zoonoz infeksiya olduğundan vəhşi heyvanların insanlara hücumu zamanı insanlar bu xəstəliyə yoluxa bilər: "Bu səbəbdən çöl heyvanları və ya peyvənd olunmamış ev heyvanları ilə təmasdan ehtiyat etmək lazımdır. Hər hansı bir zədələnmə olsa, mütləq MPM-ə müraciət edilməlidir".Xatırladaq ki, 2022-ci ilin 9 ayı ərzində respublika üzrə heyvanlar tərəfindən zədələnməyə məruz qalanların sayı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə artıb: "Belə ki, 2022-ci ilin 9 ayı ərzində respublika üzrə heyvanlar tərəfindən zədələnməyə məruz qalanların sayı 28549 nəfər olub (2021-ci ldə 26920 nəfər). Bunlardan 3909 nəfəri pişiklər tərəfindən zədələnməyə məruz qalanlardır (2021-ci ildə 3069 nəfər)".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0e/438163584_0:53:2483:1915_1920x0_80_0_0_0ea5405e3a4a03e297e57760c80adf80.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
pişik, səhiyyə nazirliyi
Pişiklər də aqressivləşib - Səhiyyə Nazirliyindən xəbərdarlıq
İt və pişiklər tərəfindən törədilən zədələnmə halları zamanı quduzluq xəstəliyinə yoluxma təhlükəsi olduğundan dərhal tibb müəssisəsinə müraciət etmək, quduzluq əleyhinə antirabik vaksin, immunoqlobulin və tetanud əleyhinə anatoksin vurdurmaq tövsiyə olunur.
BAKI, 27 noyabr — Sputnik. Ötən ilin müvafiq dövrü ilə müqayisədə Respublikada pişiklərin dişləməsi, cırmaqlaması, tüpürcəyi ilə bağlı səhiyyə xidmətinə müraciət edənlərin sayı xeyli artıb.
Bu barədə Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir.
Qeyd olunur ki, belə olan halda xəstənin həyati təhlükəsi olur:
"İstər it, istərsə də pişiklər tərəfindən törədilən zədələnmə halları zamanı quduzluq xəstəliyinə yoluxma təhlükəsi var. Bu səbəbdən də pişiklər tərəfindən törədilən hər hansı bir zədələnmə halında vətəndaş dərhal tibb müəssisəsinə müraciət etməli və quduzluq əleyhinə antirabik vaksin, immunoqlobulin və tetanud əleyhinə anatoksin vurdurmalıdır".
Nazirlik qeyd edib ki, belə bir hadisə baş verdikdə vətəndaşın müraciət etdiyi tibb müəssisəsində zərərçəkənə tibbi karta açılır və orada zədələnmənin dərəcəsi, yaranın vəziyyəti, zədələnmənin harada və hansı şəraitdə baş verdiyi haqqında olan bütün məlumatlar qeyd edilir.
"Əgər ev şəraitində saxlanılan pişik mütəmadi olaraq baytar nəzarətindədirsə və quduzluq əleyhinə vaksinlərini alırsa, bu zaman sağlam hesab edilir. Bundan başqa, heyvandarlıqla məşğul olan sahibkarlar, ovçular, baytar həkimləri bu xəstəliyə yoluxmamaq üçün quduzluq əleyhinə profilaktik vaksin vurdurmalıdırlar. Ən əsas da övladlarımızın heyvanlarla təması zamanı diqqətli olmalıyıq", - Nazirliyin məlumatında deyilir.
O da bildirilir ki, quduzluq xəstəliyi zoonoz infeksiya olduğundan vəhşi heyvanların insanlara hücumu zamanı insanlar bu xəstəliyə yoluxa bilər: "Bu səbəbdən çöl heyvanları və ya peyvənd olunmamış ev heyvanları ilə təmasdan ehtiyat etmək lazımdır. Hər hansı bir zədələnmə olsa, mütləq MPM-ə müraciət edilməlidir".
Xatırladaq ki, 2022-ci ilin 9 ayı ərzində respublika üzrə heyvanlar tərəfindən zədələnməyə məruz qalanların sayı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə artıb:
"Belə ki, 2022-ci ilin 9 ayı ərzində respublika üzrə heyvanlar tərəfindən zədələnməyə məruz qalanların sayı 28549 nəfər olub (2021-ci ldə 26920 nəfər). Bunlardan 3909 nəfəri pişiklər tərəfindən zədələnməyə məruz qalanlardır (2021-ci ildə 3069 nəfər)".