Церемония Открытия чемпионата мира по футболу 2022 в Катаре - Sputnik Azərbaycan, 1920
DÇ-2022
Qətərdə keçirilmiş futbol üzrə dünya çempionatı

DÇ-2022: Xorvatiyadan əzmkar qələbə

© AP Photo / Darko VojinovicXorvatiya - Kanada matçında oyun epizodu
Xorvatiya - Kanada matçında oyun epizodu - Sputnik Azərbaycan, 1920, 27.11.2022
Abunə olmaq
Kanada millisi Qətərdən sonra mundialı tərk edən ikinci komanda oldu.
BAKI, 27 noyabr - Sputnik. Qətərdə keçirilən futbol üzrə dünya çempionatında Xorvatiya və Kanada yığmaları arasında F qrupunun II tur oyunu keçirilib.
Oyunun 2-ci dəqiqəsində Alfonso Deyvis Kanadanı önə keçirib - 1:0.
Xorvatiyalı Andrey Kramariç 36-cı dəqiqədə tarazlığı bərpa edib - 1:1. Xorvatiyanın ikinci qolunu 44-cü dəqiqədə Marko Livaya vurub - 2:1.
Birinci hissə bu hesabla başa çatıb.
70-ci dəqiqədə Andrey Kramariç hesab arasındakı fərqi artırıb - 3:1. 90+4-cü dəqiqədə isə Lovro Mayer 4-cü topa kanadalıların qapısından keçirib - 4:1.
Oyun bu hesabla bitib.
İki turdan sonra F qrupunda Xorvatiya və Mərakeş hərəyə 4 xal toplayıblar. Belçikanın 3 xalı var, Kanada isə xal toplamayıb.
Xəbər lenti
0