DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çində dördüncü gündür ki, yoluxma sayına görə anti-rekord qeydə alınır

© AFP 2023 / HECTOR RETAMALÇində qoruyucu geyimdə olan polislər, arxiv şəkli
Çində qoruyucu geyimdə olan polislər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.11.2022
Abunə olmaq
Ötən sutkada yeni yoluxma hallarının əksəriyyəti Quandunun cənub əyalətində aşkar edilib.
BAKI, 27 noyabr - Sputnik. Çin ardıcıl olaraq dördüncü gündür ki, pandemiyanın bütün dövrü ərzində aşkar edilən COVID-19 hallarının sayında gündəlik antirekord qeydə alır. Ötən gün ərzində ölkədə 39 791 yoluxma halı qeydə alınıb, onların əksəriyyəti simptomsuz daşıyıcılardır. Bu barədə Çin Xalq Respublikasının Səhiyyə üzrə Dövlət Komitəsinin məlumatında deyilir.
Əvvəlki ən yüksək göstərici cümə axşamı, cümə və şənbə günlərində qeydə alınıb, o zaman yeni COVID-19 hadisəsi 31,656, 32,943 və 35,183 nəfərdə aşkar edilib. Bundan əvvəl Çində koronavirus infeksiyasına yoluxma hallarının pik həddi bu ilin aprel ayının ortalarına düşüb, o zaman Şanxayda böyük epidemiya və lokdaun zamanı ölkədə yeni halların sutkalıq artımı 29,4 mini keçmişdir.
Son 24 saat ərzində yoluxanların böyük əksəriyyəti simptomsuz daşıyıcılardır - 36 082 nəfər (onlardan 35 858-i ölkə daxili yoluxma halları, 224-i isə xaricdən ölkəyə gətirilən yoluxma halları), digər 3 709 nəfərdə isə COVID-19 təsdiqlənmiş xəstəlik simptomları (3 648 ölkə daxili yoluxma halları, 61 nəfəri isə xaricdən ölkəyə gətirilən yoluxma halları).
Ötən sutkada yeni yoluxma hallarının əksəriyyəti Quandunun cənub əyalətində aşkar edilib, Pekində 80 min çarpayılıq yeni karantin mərkəzi tikilir, burada bəzi ərazilərdə qismən lokdaun tətbiq olunur.
Ümumilikdə, pandemiya zamanı, hakimiyyətin məlumatına görə, Çində COVID-19 simptomları ilə 307,802 yoluxma halı qeydə alınıb, 5,233 nəfəri isə bu xəstəliyin qurbanı olub. Çində simptomsuz yoluxma hallarına ayrıca baxılır, pandemiyanın bütün dövrü üçün onlar haqqında statistika yoxdur.
Son aylarda Çində COVID-19-un çoxsaylı yerli epidemiyaları səbəbindən yenidən epidemioloji vəziyyətin pisləşməsi müşahidə olunur, buna görə bir sıra şəhərlərdə qismən lokdaunlar tətbiq olunub və insanlar isə hər gün PCR testindən keçmək məcburiyyətində qalırlar. Belə ki, noyabrın 24-dən etibarən Çinin bir sıra iri şəhərlərində COVID-19-a yoluxma hallarının artması fonunda məhdudlaşdırıcı tədbirlər gücləndirilib.
Noyabrın əvvəlində epidemioloji vəziyyətin tədricən pisləşməyə başladığı Pekində cümə axşamından etibarən ictimai nəqliyyata, dövlət və partiya idarələrinə, istehsal və digər müəssisələrə, ticarət və biznes mərkəzlərinə, supermarketlərə, hotellərə, kafe və restoranlara giriş, o cümlədən görməli yerləri ziyarət etmək üçün son 48 saat ərzində edilən PCR testinin mənfi nəticəsini göstərmək lazımdır, əvvəl, son 72 saat ərzində test kifayət edirdi. Eyni zamanda, bəzi ofis binalarına daxil olmaq və oflayn tədbirlərdə, məsələn, Çin Xarici İşlər Nazirliyində gündəlik brifinqlərdə iştirak etmək üçün son 24 saat ərzində edilən PCR testnin mənfi nəticəsini göstərmək kifayətdir. Hakimiyyət paytaxtdakı mövcud epidemioloji vəziyyəti kritik səciyyələndirir.
Çin, demək olar ki, koronavirus pandemiyasının başlanğıcından virusa sıfır dözümlülük siyasətinə riayət edib və Çin antiepidemioloji nəzarəti hələ də dünyanın ən sərtlərindən biri olaraq qalır.
Xəbər lenti
0