CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Suriyadan gətirilən 16 nəfərlə bağlı reabilitasiya tədbirlərinə başlanıb

© AFP 2024 / DELIL SOULEIMANSuriya
Suriya - Sputnik Azərbaycan, 1920, 26.11.2022
Abunə olmaq
Müəssisəyə yerləşdirilmiş şəxslərə ilkin qayğı göstərilib və sosial reabilitasiya xidmətinə başlanıb.
BAKI, 26 noyabr — Sputnik. Azərbaycan Hökuməti tərəfindən repatriasiya işlərinin davamı olaraq Suriyadan daha 16 nəfər vətəndaşımız ölkəmizə qaytarılıb. Onlardan 3-ü qadın, 13-ü uşaqdır.
Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib. Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən repatriantların qarşılanması və müvafiq olaraq sosial xidmət müəssisəsinə yerləşdirilməsi təmin edilib:
"Müəssisəyə yerləşdirilmiş şəxslərə ilkin qayğı göstərilib və sosial reabilitasiya xidmətinə başlanıb.
İlkin olaraq repatriasiya olunmuş hər bir şəxsin sosial-psixoloji qiymətləndirməsi həyata keçirilir. Bunun əsasında müvafiq sosial reabilitasiya planı hazırlanır, daha sonra sosial işçi və psixoloq tərəfindən sosial reabilitasiya prosesi başlayır.
Sosial adaptasiya prosesinin aparılması və müəssisədə olduqları müddətdə asudə vaxtlarının səmərəli təşkili məqsədilə onlar müxtəlif fəaliyyətlərə cəlb edilir" .
Xatırladaq ki, bu günədək İraq və Suriyadan 380-i uşaq, 29-u qadın olmaqla 409 nəfər vətəndaşımızın Azərbaycana repatriasiyası həyata keçirilib. Məlumat üçün bildirək ki, ötən ilin may ayında Suriya Ərəb Respublikasının Cerabus şəhərindəki Amerna düşərgəsində saxlanılan 6 nəfəri qadın və 14 nəfəri uşaq olmaqla, 20 nəfər Azərbaycan Respublikası vətəndaşının vətənə repatriasiyası həyata keçirilib.
XİN Xarici İşlər Nazirliyi - Sputnik Azərbaycan, 1920, 24.11.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Suriyada düşərgələrdə saxlanılan 16 azərbaycanlı ölkəmizə gətirilib
Xəbər lenti
0