Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Sülhməramlılar üçün məsuliyyətli məqam: Azərbaycan Müdafiə Nazirliyi narazılığını bildirir

© AP Photo / Sergei GritsQarabağda rusiyalı sülhməramlılar, arxiv şəkli
Qarabağda rusiyalı sülhməramlılar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.11.2022
Abunə olmaq
Azərbaycan Müdafiə Nazirliyi Rusiya sülhməramlılarını ermənilərin təxribatçı hərəkətlərinin qarşısını almağa çağırıb. Bu müraciət üçün seçilən ton və zaman Azərbaycan cəmiyyətində fırtınalı reaksiyaya səbəb olub.
BAKI, 26 noyabr — Sputnik. Bir neçə gün əvvəl Sarıbaba yüksəkliyi yaxınlığında Azərbaycanın mühəndis-istehkam bölmələri Ermənistanın qanunsuz silahlı birləşmələri (QSB) tərəfindən piyada əleyhinə minalanmış sahə aşkar ediblər. Azərbaycan Müdafiə Nazirliyinin dəvəti ilə Rusiya sülhməramlılarının Azərbaycandakı komandanı general-mayor Andrey Volkov, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentinin rəisi, general-mayor Fatih Akpınar və Mərkəzin Rusiya kontingentinin rəisi, kontr-admiral Oleq Semyonov əraziyə baxış keçirməyə dəvət edilib. Dəvət olunanlara aşkar edilmiş minaların 2021-ci ildə Ermənistanda istehsal olunduğu barədə məlumat verilib.
© AR Ministry of DefenceHərbi attaşelər və media nümayəndələri Sarıbaba istiqamətində mina sahəsinə baxış keçiriblər
Hərbi attaşelər və media nümayəndələri Sarıbaba istiqamətində mina sahəsinə baxış keçiriblər - Sputnik Azərbaycan, 1920, 25.11.2022
Hərbi attaşelər və media nümayəndələri Sarıbaba istiqamətində mina sahəsinə baxış keçiriblər
Azərbaycan Müdafiə Nazirliyinin Rusiya Federasiyası sülhməramlı kontingentinin komandanlığına ünvanlanmış müraciətində deyilir ki, "sülhməramlıların diqqətinə çatdırılıb ki, yoxlama zamanı təkcə bu ərazidə 2021-ci ildə Ermənistanda istehsal olunan "PMN-E" markalı 350 piyada əleyhinə minal aşkar edilərək zərərsizləşdirilib. Təəssüf ki, Rusiya sülhməramlı kontingenti bu barədə rəsmi açıqlama verməyib". Bundan başqa, sülhməramlıların hesabatlarında bir çox yaşayış məntəqələrinin rəsmi adları göstərilməsə də, "uydurma erməni toponimləri"ndən istifadə olunur.

"Biz Azərbaycan ərazisində müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlı kontingentinin komandanlığını müvafiq məlumatlarda ölkəmizin ərazisindəki yaşayış məntəqələrinin adlarını düzgün toponimlərlə göstərməyə və qanunsuz erməni silahlı birləşmələrinin bütün təxribat xarakterli hərəkətlərinin, o cümlədən, ərazilərin minalanmasının qarşısını ciddi şəkildə almağa çağırırıq", - deyə Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında bildirilir.

Şərti sərhəddəki vəziyyət və nəinki...
Müşahidəçilər Ermənistanla Azərbaycan arasında gərginliyin ciddi şəkildə artdığını qeyd edirlər. Sərhəddə atışmalar hər gün qeydə alınır. Təfərrüatlara varmadan qeyd edirik ki, tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edir. Ədalət naminə qeyd edirik ki, Fransa danışıqlar prosesinə "qarışmağa" cəhd etdikdən və prezident Makron mətbuatda açıq-aşkar Azərbaycan əleyhinə tezislər səsləndirdikdən sonra vəziyyət daha da pisləşib.
Separatçı rejimin "dövlət naziri" Ruben Vardanyanın fəaliyyəti də az suallar doğurmur. Mətbuat onun Azərbaycanın Qarabağ bölgəsinin erməni icmasının üzvlərinə arxalanmadan Nazirlər Kabinetini formalaşdırmağa başladığını yazır. Bundan əvvəl Yerevandakı mənbələr iddia edirdilər ki, Ruben Vardanyan Ermənistan-Azərbaycan dialoqunu illər boyu "peşəkarcasına" bir çoxları üçün çıxılmaz vəziyyətə salması ilə siyasi analitiklərin yaddaşında qalan Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanı Xankəndində "xarici işlər naziri" təyin etməyə hazırlaşır.
Rusiya sülhməramlılarının məsuliyyət zonasında atışmalara gəlincə, burada müzakirə olunacaq heç nə yoxdur. 9/10 noyabr 2020-ci il tarixli sazişin dördüncü bəndinə əsasən, "Rusiya Federasiyasının sülhməramlı kontingenti Ermənistan silahlı qüvvələrinin çıxarılması ilə paralel olaraq yerləşdirilir". Bu o deməkdir ki, Rusiya sülhməramlılarının məsuliyyət zonasındakı bütün silahlı birləşmələr qanunsuzdur və tərksilah edilməlidir, yoxsa...
Separatçılar, yoxsa, Azərbaycanın sadiq vətəndaşları?
Bakıda ən yüksək səviyyədə bildirilir ki, Qarabağın dağlıq hissəsində yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Deməli, ölkə rəhbərliyi milliyyətindən və dinindən asılı olmayaraq, ölkə vətəndaşlarının üzərinə düşən vəzifələri öz üzərinə götürmək şərti ilə digər Azərbaycan vətəndaşlarının istifadə etdiyi bütün hüquq və azadlıqları onlara verməyə hazırdır.
Həmçinin, dəfələrlə bildirilib ki, Qarabağın erməni icmasının nümayəndələri ilə onların Azərbaycan cəmiyyətinə inteqrasiyasının mümkünlüyü və yolları ilə bağlı danışıqlar aparılır. Hətta bu məsələdə əhəmiyyətli irəliləyişlər də qeydə alınıb. Lakin son hadisələr fonunda bu məlumat artıq arxa plana, bəlkə də daha uzaq plana çəkilib.
© Sputnik / Максим Блинов / Mediabanka keçidRusiya Federasiyası Müdafiə Nazirliyinin Minalardan Təmizləmə Mərkəzinin mütəxəssisləri Qarabağda
Специалисты противоминного центра Минобороны РФ приступили к работе в Карабахе - Sputnik Azərbaycan, 1920, 25.11.2022
Rusiya Federasiyası Müdafiə Nazirliyinin Minalardan Təmizləmə Mərkəzinin mütəxəssisləri Qarabağda
Baş verənlərə münasibət
Analitik Tahir Cəfərlinin fikrincə, rəsmi Moskva Cənubi Qafqazda sabitliyin qorunub saxlanmasında həyati mənada maraqlıdır.

"Moskvada başa düşürlər ki, Ukraynada vəziyyəti gərginləşdirənlər Rusiya sərhədləri yaxınlığında bir gərginlik ocağı qızışdırmağın əleyhinə deyillər. Hadisələrin belə cərəyan etməsi, yumşaq desək, regionda sabitliyin möhkəmlənməsinə xidmət etməyəcək", - deyə Cəfərli bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Rusiyanı dövlət və hökumət səviyyəsində onlarla müqavilə, o cümlədən, idarələrarası sazişlər bağlayır.
"Bu müqavilələr öz ölkələrinin və xalqlarının mənafeyi naminə çalışan çoxlu sayda mütəxəssislərin əməyinin bəhrəsidir. Və onlara birbaşa dövlət başçıları rəhbərlik edir və yönləndirirlər. Buna görə inanıram ki, qanunsuz birləşmələr məsələsi ən yüksək səviyyədə müzakirə edilə bilər", - deyə politoloq bildirib.
Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə müzakirə olunan məsələlərlə bağlı son bəyanatlarını nəzərə alsaq, iki lider arasında mütləq qarşılıqlı anlaşmanın olduğu qənaətinə gəlmək olar. Bu halda isə, qeyri-qanuni birləşmələr məsələsinin həllində qarşılıqlı anlaşma nöqtəsinə gəlmək kifayət qədər realdır.
Xəbər lenti
0