Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şabranda ağır yol qəzası olub, xəsarət alanlar var

© Depositphotos.com / KonejotaРазбитое лобовое стекло автобуса
Разбитое лобовое стекло автобуса - Sputnik Azərbaycan, 1920, 26.11.2022
Abunə olmaq
Xəsarət alan şəxslər Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
BAKI, 26 noyabr - Sputnik. Şabran rayonunda yol-nəqliyyat hadisəsi baş verib, üç nəfər xəsarət alıb.
“Report” xəbər verir ki, hadisə Bakı-Quba yolunun Şabran rayonu Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Beləki, "Opel" markalı minik avtomobili hərəkətdə olan vaxtı, "VAZ-2107" markalı avtomobil ötmə əməlliyatını düzgün seçmədiyindən qəza şəraiti yaradıb. Nəticədə yoldan keçən TIR "Opel" markalı avtomobilə çırpılıb.
Qəza nəticəsində Xaçmaz rayon sakinləri - 1991-ci il təvəllüdlü Ceyhun Cavanşir oglu Süleymanov, 1999-cu il təvəllüdlü Lamiyyə Alfəddin qızı Süleymanova və 2017-ci il təvəllüdlü İsmayıl Ceyhun oglu Süleymanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Xəsarət alan şəxslər Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Xəbər lenti
0