https://sputnik.az/20221126/lon-maskdan-daha-bir-iddiali-beyanat-448971111.html
İlon Maskdan daha bir iddialı bəyanat
İlon Maskdan daha bir iddialı bəyanat
Sputnik Azərbaycan
Mask Twitter-in Google və ya Apple tərəfindən bloklanması halında öz smartfonunu buraxmağa hazır olduğunu açıqlayıb. 26.11.2022, Sputnik Azərbaycan
2022-11-26T18:37+0400
2022-11-26T18:37+0400
2022-11-26T18:37+0400
dünya xəbərləri
ilon mask
google
smartfon
"apple"
apple
blok
twitter
twitter statusu
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1d/441561571_0:0:3071:1728_1920x0_80_0_0_f7d747d63ff7d1f06b0546464e8cac5f.jpg
BAKI, 26 noyabr — Sputnik. Biznesmen və Twitter mikrobloq sosial şəbəkəsinin yeni sahibi İlon Mask şənbə günü bildirib ki, əgər Google və ya Apple proqram mağazaları sosial şəbəkəni silsə və mövcud brendlərin smartfonlarında ondan istifadə imkanını bloklayarsa, o, öz smartfonunu yaratmağa hazırdır. Podkast müəllifi Liz Uilerin "Marsa uçan raket düzəldən biri üçün balaca axmaq smartfon istehsal etmək çətin olmaz" sözlərinə cavab olaraq, Mask "Əlbəttə, ümid edirəm ki, bu baş verməyəcək, amma bəli, başqa seçim olmasa, alternativ bir telefon düzəldəcəyəm" deyib. "Əgər Apple və Google Twitter-i öz proqram mağazalarından çıxarsalar, İlon Mask öz smartfonunu hazırlamalıdır. Ölkənin yarısı qərəzli və casusluq edən iPhone və Android telefonlarından məmnuniyyətlə imtina edər", - jurnalist yazıb. Mask daha əvvəl Twitter-i alıb və internetdə gərgin müzakirələrə səbəb olan bir neçə islahatlar həyata keçirib. Xüsusilə, o, ABŞ-ın keçmiş prezidenti Donald Trampın səhifəsini blokdan çıxarıb, şirkətin bütün işçiləri üçün distant işi ləğv edib, işçilərin bir hissəsini ixtisar edib, həmçinin bütün istifadəçilər üçün ödənişli qeydiyyat tətbiq edib. Ayda 8 dollar ödəməklə şəbəkədəki istənilən hesab öz həqiqiliyini sübut etmək üçün “mavi razılıq işarəsi” ala bilər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1d/441561571_0:0:2729:2047_1920x0_80_0_0_e58552a6aaf82b53df0ba5ec947d6a5f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ilon mask, google, smartfon, "apple", apple, blok, twitter, twitter statusu
ilon mask, google, smartfon, "apple", apple, blok, twitter, twitter statusu
İlon Maskdan daha bir iddialı bəyanat
Mask Twitter-in Google və ya Apple tərəfindən bloklanması halında öz smartfonunu buraxmağa hazır olduğunu açıqlayıb.
BAKI, 26 noyabr — Sputnik. Biznesmen və Twitter mikrobloq sosial şəbəkəsinin yeni sahibi İlon Mask şənbə günü bildirib ki, əgər Google və ya Apple proqram mağazaları sosial şəbəkəni silsə və mövcud brendlərin smartfonlarında ondan istifadə imkanını bloklayarsa, o, öz smartfonunu yaratmağa hazırdır.
Podkast müəllifi Liz Uilerin "Marsa uçan raket düzəldən biri üçün balaca axmaq smartfon istehsal etmək çətin olmaz" sözlərinə cavab olaraq, Mask "Əlbəttə, ümid edirəm ki, bu baş verməyəcək, amma bəli, başqa seçim olmasa, alternativ bir telefon düzəldəcəyəm" deyib.
"Əgər Apple və Google Twitter-i öz proqram mağazalarından çıxarsalar, İlon Mask öz smartfonunu hazırlamalıdır. Ölkənin yarısı qərəzli və casusluq edən iPhone və Android telefonlarından məmnuniyyətlə imtina edər", - jurnalist yazıb.
Mask daha əvvəl Twitter-i alıb və internetdə gərgin müzakirələrə səbəb olan bir neçə islahatlar həyata keçirib.
Xüsusilə, o, ABŞ-ın keçmiş prezidenti Donald Trampın səhifəsini blokdan çıxarıb, şirkətin bütün işçiləri üçün distant işi ləğv edib, işçilərin bir hissəsini ixtisar edib, həmçinin bütün istifadəçilər üçün ödənişli qeydiyyat tətbiq edib. Ayda 8 dollar ödəməklə şəbəkədəki istənilən hesab öz həqiqiliyini sübut etmək üçün “mavi razılıq işarəsi” ala bilər.