https://sputnik.az/20221126/koronavirus-yeniden-qayidir-448991208.html
Koronavirus yenidən qayıdır?
Koronavirus yenidən qayıdır?
Sputnik Azərbaycan
30 milyondan çox yoluxma olan ölkələr arasında ABŞ, Hindistan, Fransa, Braziliya və Almaniya var. 26.11.2022, Sputnik Azərbaycan
2022-11-26T12:22+0400
2022-11-26T12:22+0400
2022-11-26T12:23+0400
çin
dünya xəbərləri
koronavirus
yeni tip koronavirus pandemiyası
https://cdnn1.img.sputnik.az/img/07e6/04/06/440847485_0:301:3077:2032_1920x0_80_0_0_fb240fbefd22f9f8cf1340cdc7e238d6.jpg
BAKI, 26 noyabr — Sputnik. Çində son sutka ərzində koronavirus infeksiyasına 35 mindən çox yeni yoluxma halı aşkarlanıb. Beləliklə, artıq üçüncü gündür ki, ölkədə insidentlərin antirekordu yenilənir. Bu barədə ölkənin Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsi məlumat yayıb.Ölkədə koronavirusa yoluxma bir həftə əvvəllə müqayisədə bir dəfə yarım artıb. Eyni zamanda, son sutka ərzində Çində koronavirusdan ölüm halı qeydə alınmayıb. Yoluxmuşların 90 faizindən çoxu xəstəliyi simptomsuz keçirir. Ən çətin vəziyyət ölkənin cənubunda, yeni xəstəliyə yoluxma hallarının təxminən üçdəbirinin qeydə alındığı Quandun əyalətindədir. Oktyabr ayından ümumilikdə ölkə üzrə yüksək yoluxma zonalarının sayı təxminən beş dəfə artıb.Xatırladaq ki, Azərbaycanda Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 25 noyabrda açıqlanan statistikaya görə, son sutkada 41 yeni yoluxma faktı qeydə alınıb, 37 nəfər müalicə olunaraq sağalıb.Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, xəstəlikdən ölən olmayıb.İndiyədək ölkədə ümumilikdə 824 168 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 909 nəfər müalicə olunaraq sağalıb, hazırda 284 aktiv xəstə var. Bu günə qədər 9 975 nəfər vəfat edib.Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 802, bu günə qədər isə ümumilikdə 7 367 419 test icra olunub.Son sutkada 561 nəfər vaksinasiya olunub. Bir gün ərzində birinci doza vaksinlərin sayı 150, ikinci doza vaksinlərin sayı 139 təşkil edib. Məlumat üçün onu da bildirək ki, dünyada virusun yayıldığı gündən indiyədək 6 milyon 620 min 439 nəfər COVID-19-a yoluxmanın fəsadlarından dünyasını dəyişib.Hər 1 milyon nəfərə düşən ölüm səviyyəsi 850 nəfər təşkil edib.30 milyondan çox yoluxma olan ölkələr arasında ABŞ, Hindistan, Fransa, Braziliya və Almaniya var.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/06/440847485_260:0:2989:2047_1920x0_80_0_0_456df104ba11bc6824e283ed08c2f4d0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
çin, koronavirus, yeni tip koronavirus pandemiyası
çin, koronavirus, yeni tip koronavirus pandemiyası
Koronavirus yenidən qayıdır?
12:22 26.11.2022 (Yenilənib: 12:23 26.11.2022) 30 milyondan çox yoluxma olan ölkələr arasında ABŞ, Hindistan, Fransa, Braziliya və Almaniya var.
BAKI, 26 noyabr — Sputnik. Çində son sutka ərzində koronavirus infeksiyasına 35 mindən çox yeni yoluxma halı aşkarlanıb. Beləliklə, artıq üçüncü gündür ki, ölkədə insidentlərin antirekordu yenilənir. Bu barədə ölkənin Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsi məlumat yayıb.
Ölkədə koronavirusa yoluxma bir həftə əvvəllə müqayisədə bir dəfə yarım artıb. Eyni zamanda, son sutka ərzində Çində koronavirusdan ölüm halı qeydə alınmayıb. Yoluxmuşların 90 faizindən çoxu xəstəliyi simptomsuz keçirir. Ən çətin vəziyyət ölkənin cənubunda, yeni xəstəliyə yoluxma hallarının təxminən üçdəbirinin qeydə alındığı Quandun əyalətindədir. Oktyabr ayından ümumilikdə ölkə üzrə yüksək yoluxma zonalarının sayı təxminən beş dəfə artıb.
Xatırladaq ki, Azərbaycanda Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 25 noyabrda açıqlanan statistikaya görə, son sutkada 41 yeni yoluxma faktı qeydə alınıb, 37 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, xəstəlikdən ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 824 168 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 909 nəfər müalicə olunaraq sağalıb, hazırda 284 aktiv xəstə var. Bu günə qədər 9 975 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 802, bu günə qədər isə ümumilikdə 7 367 419 test icra olunub.
Son sutkada 561 nəfər vaksinasiya olunub. Bir gün ərzində birinci doza vaksinlərin sayı 150, ikinci doza vaksinlərin sayı 139 təşkil edib. Məlumat üçün onu da bildirək ki, dünyada virusun yayıldığı gündən indiyədək 6 milyon 620 min 439 nəfər COVID-19-a yoluxmanın fəsadlarından dünyasını dəyişib.
Hər 1 milyon nəfərə düşən ölüm səviyyəsi 850 nəfər təşkil edib.
30 milyondan çox yoluxma olan ölkələr arasında ABŞ, Hindistan, Fransa, Braziliya və Almaniya var.