Церемония Открытия чемпионата мира по футболу 2022 в Катаре - Sputnik Azərbaycan, 1920
DÇ-2022
Qətərdə keçirilmiş futbol üzrə dünya çempionatı

DÇ-2022: Fransa növbəti mərhələyə çıxan ilk komanda oldu

© AFP 2023 / FRANCK FIFEKilian Mbappe
Kilian Mbappe  - Sputnik Azərbaycan, 1920, 26.11.2022
Abunə olmaq
Fransa millisi iki oyundan 6 xal toplayaraq, 1/8 finala çıxışı təmin edib.
BAKI, 26 noyabr - Sputnik. Qətərdə keçirilən futbol üzrə dünya çempionatının D qrupunun ikinci turunda Fransa və Danimarka üz-üzə gəliblər.
Qarşılaşmanın ilk 45 dəqiqəsində hesab açılmayıb.
İkinci hissədə, 61-ci dəqiqədə Kilian Mbappe Fransanı önə çıxarıb. 68-ci dəqiqədə Andreas Kristensen Danimarkanın cavab qoluna imza atıb.
86-cı dəqiqədə Kilian Mbappe özünün və Fransanın ikinci qolunu vurub - 2:1. Oyun bu hesabla başa çatıb.
Beləliklə, Fransa millisi iki oyundan sonra 6 xal toplayıb. Bu qrupda Avstraliyanın 3, Danimarka və Tunisin isə hərəyə 1 xalları var.
Футболист с мячом, фото из архива - Sputnik Azərbaycan, 1920, 26.11.2022
DÇ-2022
DÇ-2022: Avropa təmsilçisinin inamlı qələbəsi
Xəbər lenti
0