Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Əməkdar mədəniyyət işçilərinə dosent və professor adı verilməyəcək

© AFP 2024 / BRENDAN SMIALOWSKIПодпись документа, фото из архива
Подпись документа, фото из архива - Sputnik Azərbaycan, 1920, 26.11.2022
Abunə olmaq
Prezident İlham Əliyevin Fərmanı ilə “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”yə dəyişiklik edilib.
BAKI, 26 noyabr - Sputnik. Əməkdar mədəniyyət işçilərinə dosent və professor adı verilməyəcək.
APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, dosent və professor elmi adı verilməsi üçün iddiaçılar arasından əməkdar mədəniyyət işçilərinin adı çıxarılıb.
İndiyə qədər dosent elmi adı mədəniyyət sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmiş əməkdar mədəniyyət işçisi olan iddiaçılara aşağıdakı tələblər ödənildiyi halda verilirdi:
- iddiaçının azı üç il elmi-pedaqoji iş stajı olmalı idi;
- iddiaçı azı bir il bu vəzifədə qüsursuz və müvəffəqiyyətlə işləməli idi;
- iddiaçı fəlsəfə doktoru dissertasiyasının müdafiəsindən sonra müvafiq ixtisas üzrə tədris-metodiki iş və ya işlər (elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin elmi şurasının qərarı ilə tədris-metodiki vəsait kimi çapa tövsiyə edilməli və ümumi həcmi yüz min işarədən az olmamalı) təqdim etməli idi;
- iddiaçı müvafiq sahə üzrə respublika və ya beynəlxalq miqyaslı müsabiqə, sərgi, festival, baxış və mükafatların laureatı, qalibi, diplomantı olmalı, yaxud onları hazırlamalı idi və s.
Professor elmi adı mədəniyyət sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmiş əməkdar mədəniyyət işçisi olan dosent elmi adı almış iddiaçılara aşağıdakı tələblər ödənildiyi halda verilirdi:
- iddiaçının azı beş il elmi-pedaqoji iş stajı olmalıdır;
- iddiaçı azı bir il bu vəzifədə qüsursuz və müvəffəqiyyətlə işləməliydi və s. tələblər.
Xəbər lenti
0