Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Azərbaycanın 2023-cü il üçün dövlət büdcəsi necə bölüşdürüləcək

Abunə olmaq
Azərbaycanın 2023-cü il üçün dövlət büdcəsi Milli Məclisin (MM) plenar iclasında ikinci oxunuşda baxılıb və qəbul edilib. Onun parametrləri və paylanması barədə videomuzda baxın.
BAKI, 26 noyabr — Sputnik. "Azərbaycanda büdcə qaydasının qəbul edildiyi son beş-altı ili nəzərə alsaq, görərik ki, büdcənin strukturu deyil, onun gəlir və xərc hissələri dəyişir".
Bunu "Sputnik Azərbaycan"a açıqlamasında ekspert iqtisadçı Natiq Cəfərli deyib.
"Bir neçə il dalbadal büdcənin strukturu əsasən sosialyönümlü xərclərə yönəldilib. Gələn ilin dövlət büdcəsi xərclərinin də 40%-ə yaxını sosial ehtiyaclar - maaşlar, pensiyalar və sosial layihələr üçün nəzərdə tutulub", - deyə Cəfərli bildirib.
Ekspert vurğulayıb ki, Qarabağda bərpa proseslərinə investisiyalar iqtisadiyyatın digər sahələrinin inkişafının drayveridir, çünki tikinti materiallarının istehsalı və məşğulluğun göstəricisi artır.
Cəfərli onu da qeyd edib ki, dünyada inflyasiyanın yüksək artımını nəzərə alaraq, Azərbaycan iqtisadiyyatı üçün iki təklif var.

"Birincisi, əhalinin gəlirlərinin inflyasiya göstəriciləri səviyyəsində indeksləşdirilməsi, ikincisi, əmək haqqı və pensiya hesablamalarının minimum 10% artması və ya əhalinin gəlirlərinin orta əmək haqqının artmasına uyğun olaraq indeksləşdirilməsidir" – deyə o, sözünə davam edib.

İqtisadçı əmindir ki, parlamentdəki müzakirələr zamanı gəlirlərin indeksləşdirilməsi məsələsi müzakirə olunacaq.
Cəfərli onu da bildirib ki, dövlət büdcəsində qoyulmuş neftin qiyməti məsələsində Azərbaycanın mühafizəkar yanaşması var.
"Əvvəlcə aşağı qiymətlər əsas götürülür, sonra may və iyun aylarında neft bazarındakı real vəziyyəti nəzərə alaraq qiymətlər yüksəlir. Belə bir addım hökumətə daha sərbəst hərəkət etmək imkanı verir, lakin digər tərəfdən investisiya və sosial xərcləri məhdudlaşdırır", - deyə iqtisadçı fikrini yekunlaşdırıb.
Xəbər lenti
0