DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Avstraliya özünün ilk qadın astronavtını seçib

© NASA / AFPAstronavt
Astronavt - Sputnik Azərbaycan, 1920, 26.11.2022
Abunə olmaq
Avstraliya Kosmik Agentliyinin rəhbəri Enriko Palermo bildirib ki, Krisçen bir alim kimi onun xüsusi təcrübə sahəsinə uyğun gələn potensial kosmik missiyalar üçün "çağırışçılar" siyahısına daxil ediləcək.
BAKI, 26 noyabr — Sputnik. Aylarla aparılan diqqətli seçimdən sonra elmlər doktoru Meqan Krisçen Avstraliyanın ilk qadın astronavtı seçilib.
Bu barədə Avstraliya Kosmik Agentliyinin rəhbəri Enriko Palermo məlumat verib.
Palermo "Sky News Australia"ya bildirib ki, Krisçenin ilk qadın astronavt kimi seçilməsi "hər şeyin mümkün olduğunu" göstərən "əla nəticə"dir.
"Meqan Avropa Kosmik Agentliyi ilə müqavilə bağlayacaq, burada təlim və tibbi müayinələrdən keçəcək. Krisçen bir alim kimi onun xüsusi təcrübə sahəsinə uyğun gələn potensial kosmik missiyalar üçün "çağırışçılar" siyahısına daxil ediləcək", – deyə agentlik rəhbəri izah edib.
Meqan Krisçen materialşünas və atmosfer fizikidir. 2014-cü ildə o, hidrogen sahəsində tədqiqatlarına görə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
Xəbər lenti
0