Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Şagirdlərin qidası növləri ilə yox, kalori ilə tənzimlənməlidir - Nazir

© Official website of President of Azerbaijan RepublicBufet, arxiv şəkli
Bufet, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.11.2022
Abunə olmaq
Nazir bildirib ki, hazırda məktəblərdə dərslik problemi yoxdur.
BAKI, 25 noyabr — Sputnik. Elm və Təhsil nazirliyinin yol xəritəsində məktəb avtobusları var. Bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib.
Nazir qeyd edib ki, yol xəritəsində məktəb avtobusları da var. Burada məqsəd odur ki, uşaqlar dərsə rahat getsin:
"Bir çox ölkələr məktəb seçimi qaydasını çox sərt müəyyənləşdiriblər. Məsələn, şagirdə yalnız yaşadığı yerə yaxın ərazidə məktəb seçməyə imkan verilir. Məktəb avtobusu uzaq yerlərdən şagirdləri gətirmək üçün nəzərdə tutulub. Bakının məktəbləri ilə bağlı ciddi miflər mövcuddur. Məsələn, hər il tədris ili başlayanda valideynlər ən yaxşı məktəbin hansı olduğunu soruşurlar".

"Bakıda 330 məktəb var, hər birində yaxşı oxuyan şagird də var, pis oxuyan şagird də. Ən yaxşı məktəb mənim üçün evə yaxın olan məktəbdir. Şagird stres yaşamır. Hətta yaxşı olmasa belə, onu birlikdə yaxşı etmək olar", - deyə o əlavə edib.

Nazir onu da bildirib ki, şagirdlərin məktəblərdə yerləşdirilməsində müəyyən mənada pərakəndəlik var:
"Lakin son illərdə biz sistemi qurmuşuq. Şagirdlərin əsasən yaşadıqları ərazi üzrə yerləşdirmə aparılır. Bu gün Bakının dörd bir tərəfindən məktəblərə şagird gəlir. Bu səbəbdən hazırda məktəb avtobuslarının nə qədər effektiv olacağı sualı ortaya çıxır. Bəzi məktəblər özəl sektorla əməkdaşlıq çərçivəsində avtobus xidməti ala bilər. Biz bunu dəstəkləyirik. Bunun biz tərəfdən təşkili ilə bağlı bir neçə dəfə cəhdlər olub. Lakin məktəblə ünvanların uyğunlaşmaması bu xidmətin səmərəli təşkilində ən azından kağız üzərində alınmır".
© Sputnik / Murad OrujovTəhsil naziri Emin Əmrullayev
Təhsil naziri Emin Əmrullayev - Sputnik Azərbaycan, 1920, 25.11.2022
Təhsil naziri Emin Əmrullayev
Nazir universitetlərdə akkreditasiya prosesinə də toxunub. O bildirib ki, ali təhsil sistemində mərkəzləşmiş qaydada müəllim qəbulu ola bilməz:
"Proqram və institusional akkreditasiya meyarları artıq təsdiq olunub və biz akkreditasiya prosesinə başlamışıq. Akkreditasiya zamanı ixtisasına uyğun olmayan müəllimləri, elmi dərəcəsi olmayan müəllimləri araşdırıb müəyyən edib bəzi proqramların akkreditasiyalarını ləğv edə bilərik".
Onun sözlərinə görə, ictimaiyyətə də bu barədə məlumat veriləcək:
“Lakin nazirliyin gedib ali təhsil müəssisəsinə müəllim seçməsi doğru olmaz. Əslində məktəblərə müəllimləri də direktorların özləri seçməlidirlər. Prosesin şəffaf olması üçün biz bunu mərkəzləşdirmişik".
Emin Əmrullayev məktəblərdə dərslik probleminə də toxunub
Nazir qeyd edib ki, dərslik çapı ilə bağlı bir mətbəə ilə problem yaranıb:
"Həmin mətbəə tenderdə qalib gəlmişdi, amma dərslikləri çap etməmişdi. Bu səbəbdən bir qisim dərsliklər məktəblərə gec verilib".
E.Əmrullayev bildirib ki, hazırda dərslik çatışmazlığı problemi yoxdur:
"Dərsliklərin gecikməsi kifayət qədər obyektivdir. Kağız çatışmaması səbəbindən istehsal yubanmışdı. Qonşu ölkələrdə də belə problemlər yaranıb. Məsələnin mahiyyəti dərslik deyil və istəyən adam həmin dərsliyin elektron versiyasını tapa bilər”.
Gələn həftələrdən bağçalar isti qida ilə təmin olunacaq
Nazir qeyd edib ki, hazırda məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanması 1994-cü ilin normativi ilə tənzimlənir:

"Hazırda bu normativin dəyişdirilməsi üzərində iş görülür. Bu normativ kifayət qədər köhnədir və müəyyən mənada vaxtı keçmiş sənəddir. İndiki normativdə ayrı-ayrı qida növləri və qarşısında qramı yazılıb. Məsələn, bir uşaq gün ərzində neçə qram süd içməlidir, meyvə və tərəvəz, ağ çörək, qara çörək və sair yeməlidir. O siyahıya baxsanız, görəcəksiniz ki, orada olan qidaların bəziləri bu gün ümumiyyətlə bazarda yoxdur. Məsələn, ikinci növ buğda unu yoxdur. Bizim yanaşmamız isə budur ki, bu, qida növləri ilə yox, kalori ilə tənzimlənməlidir”.

Onun sözlərinə görə, hazırda mütəxəssislərin də cəlb olunması ilə bu standartların ilkin versiyası hazırlanıb:
“Növbəti həftələrdən 50-yə qədər bağça – yavaş-yavaş o say 100-ə qaldırılacaq – isti yeməklə təmin olunacaq. Bu halda şəffaflıq da artacaq. Çünki indiki halda monitorinqdə bir-bir gedib hər uşağa neçə qram kartof düşdüyünü ölçə bilmərik. Bu, qeyri-mümkündür. Ona görə də orada kifayət qədər suallar və problemlər yarana bilir. Amma isti qidanı ölçmək asandır".
Xəbər lenti
0