CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qəzetlərdə Azərbaycan dilinin tətbiqi səviyyəsi monitorinq edildi

Qazet - Sputnik Azərbaycan, 1920, 25.11.2022
Abunə olmaq
Monitorinq Mərkəzinin baş mütəxəssisi bildirib ki, monitorinq nəticəsində qeydə alınan 2500 dil faktından 1769-u hesabata daxil edilib.
BAKI, 25 noyabr — Sputnik. Azərbaycan dilinin tətbiqi səviyyəsi 7 qəzet üzrə monitorinq edilib, 2500 səhv qeydə alınıb.
Bunu Azərbaycan Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin baş mütəxəssisi filologiya üzrə fəlsəfə doktoru Mətanət Xudiyeva deyib.
O bildirib ki, monitorinq bir aylıq dövrü əhatə edib:

"Monitorinq nəticəsində qeydə alınan 2500 dil faktından 1769-u hesabata daxil edilib. 744 orfoqrafik, 170 leksik, 334 qrammatik, 521 üslub və ifadə səhvi müəyyənləşdirilib".

M.Xudiyeva səhvlərin daha çox müsahiblərin nitqlərinin redaktə olunmadan verilməsi, qeyri-müəyyən başlıqlar, abreviaturların, vəzifə və rütbə adlarının yazılışında orfoqrafik normanın pozulması, mürəkkəb adların yazılışında çoxvariantlılıq, durğu işarələrinin düzgün tətbiq edilməməsi və s. şəkildə müşahidə olunduğunu qeyd edib.
Xəbər lenti
0