https://sputnik.az/20221125/prokuroru-santaj-eden-qadin-mehkeme-zalinda-hebs-olundu-448978486.html
Prokuroru şantaj edən qadın məhkəmə zalında həbs olundu
Prokuroru şantaj edən qadın məhkəmə zalında həbs olundu
Sputnik Azərbaycan
Bir qrup şəxs cinayətkar dəstə yaradaraq prokuror Tariyel Qurbanovu və Mirvasif Mahmudov adlı şəxsi şantaj etməkdə təqsirləndirilirlər. 25.11.2022, Sputnik Azərbaycan
2022-11-25T18:01+0400
2022-11-25T18:01+0400
2022-11-25T18:13+0400
məhkəmə
cəmiyyət
şantaj
qadın
həbs
https://cdnn1.img.sputnik.az/img/41067/50/410675046_0:0:1504:847_1920x0_80_0_0_ba8f765457eebe458df5a41e9fede295.jpg
BAKI, 25 noyabr — Sputnik. Tanınmış prokuror Tariyel Qurbanovu şantaj etməkdə ittiham olunan dəstənin üzvü Sahilə Məmmədova barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilib.Bununla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub. Sahilə Məmmədova məhkəmə zalında həbs olunub.Qətimkan tədbirinin dəyişdirilməsinə səbəb ittiham olunan şəxsin məhkəmə proseslərinə gecikməsi ilə əsaslandırılıb.Qeyd edək ki, Natiq Nuriyev, Ümman Əliyev, Pərvin Yusifov, Ələkbər Nuriyev, İlqar Əliyev, Elnur Eldarov və Sahilə Məmmədova cinayətkar dəstə yaradaraq prokuror Tariyel Qurbanovu və Mirvasif Mahmudov adlı şəxsi şantaj etməkdə təqsirləndirilirlər.Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunan şəxslərdən yalnız Sahilə Məmmədova ev dustaqlığında olub. Digərləri barəsində əvvəldən həbs qətimkan tədbiri seçilib.Qeyd edək ki, Tariyel Qurbanov uzun müddət Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub.Bu ilin mart ayında vəzifəsindən azad olunan Tariyel Qurbanov sonradan Abşeron rayon prokurorunun böyük köməkçisi təyin olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41067/50/410675046_162:0:1450:966_1920x0_80_0_0_aa4e9a4dd490c0e624f350698863aa8f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
məhkəmə, şantaj, qadın, həbs
məhkəmə, şantaj, qadın, həbs
Prokuroru şantaj edən qadın məhkəmə zalında həbs olundu
18:01 25.11.2022 (Yenilənib: 18:13 25.11.2022) Bir qrup şəxs cinayətkar dəstə yaradaraq prokuror Tariyel Qurbanovu və Mirvasif Mahmudov adlı şəxsi şantaj etməkdə təqsirləndirilirlər.
BAKI, 25 noyabr — Sputnik. Tanınmış prokuror Tariyel Qurbanovu şantaj etməkdə ittiham olunan dəstənin üzvü Sahilə Məmmədova barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilib.
Bununla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub. Sahilə Məmmədova məhkəmə zalında həbs olunub.
Qətimkan tədbirinin dəyişdirilməsinə səbəb ittiham olunan şəxsin məhkəmə proseslərinə gecikməsi ilə əsaslandırılıb.
Qeyd edək ki, Natiq Nuriyev, Ümman Əliyev, Pərvin Yusifov, Ələkbər Nuriyev, İlqar Əliyev, Elnur Eldarov və Sahilə Məmmədova cinayətkar dəstə yaradaraq prokuror Tariyel Qurbanovu və Mirvasif Mahmudov adlı şəxsi şantaj etməkdə təqsirləndirilirlər.
Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunan şəxslərdən yalnız Sahilə Məmmədova ev dustaqlığında olub. Digərləri barəsində əvvəldən həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Tariyel Qurbanov uzun müddət Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub.
Bu ilin mart ayında vəzifəsindən azad olunan Tariyel Qurbanov sonradan Abşeron rayon prokurorunun böyük köməkçisi təyin olunub.