Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Özlərinə gülməli görünür: Avropa "karton" qaz tavanını təklif edib

© Sputnik / Dmitriy Lelchuk / Mediabanka keçidŞimal axını 2, arxiv şəkli
Şimal axını 2, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.11.2022
Abunə olmaq
Hələ iyun ayında G7 sammitində Qərb ölkələrinin liderləri qiymətlərin məhdudlaşdırılması ilə bağlı razılığa gəliblər.
BAKI, 25 noyabr — Sputnik. Avropa İttifaqı israrla Rusiya resursları üçün qiymət limitlərini razılaşdırmağa çalışır. Bir tərəfdən, Moskvanı gəlirdən məhrum etmək lazımdır, digər tərəfdən, Aİ özü enerji daşıyıcıları olmadan qala bilməz. Əks halda qazı "kömək" etməyə razı olanlardan baha qiymətə almaq lazım gələcək. Avropa Komissiyasının yekun qərarı hər kəsi təəccübləndirdi: qiymət həddi o qədər yüksək oldu ki, bəziləri qəzəbləndi, bəziləri isə güldü.
Yuxarı hədd
Qərb ölkələrinin liderləri hələ iyun ayında G7 sammitində qiymətlərin məhdudlaşdırılması ilə bağlı razılığa gəliblər. Dekabrdan neftə, fevraldan neft məhsullarına məhdudiyyətlər qüvvəyə minir. Qazla bağlı məsələ hələ də aydın deyil.
Lakin Avropa Komissiyası artıq Title Transfer Facility (TTF) virtual mərkəzində hər MVt/saat üçün maksimum 275 avro qiymət təklif edib.
Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simson deyib:
"Bu, dərdin dərmanı deyil. Amma bu, bizə lazım olanda istifadə edə biləcəyimiz güclü bir vasitədir".
Sənəd göstərir ki, mexanizm eyni vaxtda iki şərt yerinə yetirildikdə işə salınır. Birincisi, TTF törəməsinin qarşıdakı ay üçün hesablanmış qiyməti iki həftə ərzində MVt/saat üçün 275 avronu keçir. İkincisi, bu göstərici iki həftə ardıcıl olaraq on ticarət günü üçün mayeləşdirilmiş təbii qazın baza qiymətindən yuxarıdır.
Bu, bir aylıq müqavilə üzrə 1000 kubmetr qaz üçün, təxminən, 3000 dollar limit deməkdir.
© AP Photo / Richard DrewBirjada elektorn tablo, arxiv şəkli
Электронное табло, отображающее индексы мировой экономики, фото из архива - Sputnik Azərbaycan, 1920, 25.11.2022
Birjada elektorn tablo, arxiv şəkli
"Bu cəfəngiyatdır"
Belə bir "əzablı" qərar tənqid dalğasına səbəb oldu: qiymət həddi yayda qeydə alınan "zirvə" qiymətlərindən aşağı olsa da, mövcud qiymətlərdən iki dəfə çoxdur.
"Bu, zarafatdır. Bu, avqust ayındakı ekstremal ssenaridə belə heç kimə heç bir fayda verməyəcək. Məhdudiyyət deyil, cəfəngiyatdır," - deyə "Bruegel" Brüssel Düşüncə Mərkəzinin baş elmi işçisi Simone Taqlyapetra qəzəbini bildirib.
Avqust ayında Londonun ICE birjasında kotirovkalar Şimal axını ilə tədarükün dayandırılmasından sonra MVt/saat üçün 300 avroya yüksəldilər. Amma bu səviyyədə cəmi bir həftə qaldılar.
Almaniyada izah etdilər ki, "dekorativ tavan" fikir ayrılıqlarını yumşaltmaq üçün zəruri olan siyasi addımdır. Yəni, Brüssel həm qiymətlərin tənzimlənməsi tələblərinə, həm də bazar sisteminə qarışmamaq çağırışlarına cavab verib.
"Mübahisə getdikcə kəskinləşir. Belçika, Yunanıstan, İtaliya və Polşa energetika nazirlərinin görüşündə iştirakçılarlar qaz bazarı ilə bağlı digər qərarların qəbulunu əngəlləməklə hədələyiblər", - deyə "Die Welt" yazır.
İspaniya və Yunanıstan da daxil olmaqla ən azı 15 Aİ ölkəsi qiymətin yuxarı həddinin lehinə səs verib. Məqsəd qışda istehlakçılar üçün qiymətləri aşağı salmaq və sosial iğtişaşların qarşısını almaqdan ibarətdir. Almaniya, Hollandiya və Danimarka isə əksinə, məhdudiyyətlərin yalnız qaz istehlakının artmasına səbəb olacağına və treyderlərin yenidən satışla məşğul olacaqlarına inanırlar.
"Ümidsizlik jesti"
Başqa, daha tutarlı səbəb də var: Rusiyadan qaz asılılığı çox güclüdür. Müəssisələri və ev təsərrüfatlarını enerji qiymətlərinin bahalaşmasından qorumaq üçün "tədbirlər görmək", lakin qazdan ümumiyyətlə məhrum olmamaq lazımdır.
"Məhdudiyyətlər elə formalaşdırılıb ki, onların baş tutması ehtimalı minimal olsun. AK siyasi və ideoloji səbəblərdən imtina edə bilməyib. Ona görə də onlar yalnız fantastik şəraitdə həyata keçirilə biləcək mexanizm ortaya qoyublar. Mexanizm var, lakin heç bir tavan yoxdur ", - deyə Milli Enerji Təhlükəsizliyi Baş Direktorunun müavini Aleksey Qrivaç bildirib.
Nə isti, nə də soyuqdur
Belə bir butaforiya Rusiyada problem yarada bilməz.
"Bir aylıq müqavilə bir çox uzunmüddətli müqavilələrdə qiymət göstəricisi kimi istifadə olunur. Mexanizm hələ də aktivləşdirilirsə, tədarük dayandırıla bilər", - deyə Aleksey Qrivaç izah edir. Ancaq bu, tərtəmiz bir nəzəriyyədir, çünki limit çox yüksəkdir.
Görünür, Avropada tədricən başa düşürlər ki, heç bir yuxarı qiymət həddi vəziyyəti dəyişə bilməz: istənilən halda qazı bazar qiymətləri ilə almaq lazım gələcək.
Neftlə bağlı isə hələ də baş sındırırlar. "Bloomberg"ə görə, bir barel üçün 65-70 dollar müzakirə olunur. Ancaq burada da səhv hesablama riski var: limit orta tarixi qiymətlərə uyğundur. Rusiya satışı artıq endirimlə həyata keçirdiyindən, bu cür məhdudiyyətlər praktik olaraq ticarətə təsir göstərməyəcək.
Xəbər lenti
0