DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ötən il dünyada hər saat beşdən çox qadın ailə üzvləri tərəfindən öldürülüb - BMT

© AP Photo / Bruna PradoEtirazçı Braziliyanın Rio de Janeyro şəhərində öldürülən konqolu mühacirin zorakılıqla öldürülməsi səhnəsini canlandırır, arxiv şəkli
Etirazçı Braziliyanın Rio de Janeyro şəhərində öldürülən konqolu mühacirin zorakılıqla öldürülməsi səhnəsini canlandırır, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.11.2022
Abunə olmaq
Qurumun hesabatında bildirilir ki, qadınların qətlə yetirilməsinin həqiqi miqyası daha böyük ola bilər, lakin çox sayda qadın qətli qurbanı hələ də qeydə alınmayıb.
BAKI, 25 noyabr - Sputnik. Ötən il ərzində dünyada təxminən 81 000 qadın və qız qəsdən qətlə yetirilib. Bu barədə BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin (UNODC) təşkilatın saytında dərc olunmuş hesabatında deyilir ki, bu, hər saat beşdən çoxu qadının öldürülməsi deməkdir.
“2021-ci ildə orta hesabla hər saatda beşdən çox qadın və ya qız öz ailə üzvləri tərəfindən öldürülüb. Keçən il qəsdən öldürülən bütün qadın və qızların təxminən 56%-i yaxın tərəfdaşlar və ya digər ailə üzvləri (81 000 nəfərdən 45 000) tərəfindən öldürülüb ki, bu da evin bir çox qadın və qızlar üçün təhlükəsiz yer olmadığını göstərir”, - deyə sənəddə bildirilir.
Qurumun hesabatında bildirilir ki, bu rəqəmlər son on ildə femisidlərin ümumi sayı (qadınların cinsinə görə öldürülməsi - red.) faktiki olaraq dəyişməz qalmasında xəbər verir.
“Bu rəqəmlər qorxulu dərəcədə yüksək olsa da, qadınların öldürülməsinin həqiqi miqyası daha çox ola bilər. Çox sayda qadın qətli qurbanı hələ də qeydə alınmayıb – ölkələr arasında qətlin müəyyən edilməsi və meyarlardakı uyğunsuzluğu nəzərə alsaq, 2021-ci ildə qəsdən öldürülən hər on qadın və qızdan dördünün ölüm faktını, xüsusilə də ictimai sahıdı baş verən qətlləri "qadın qətli" cinayəti kimi müəyyən etmək üçün kifayət qədər məlumatı yoxdur", - deyə hesabatda göstərilir.
Xəbər lenti
0