CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclisdə dərmanların baha olması məsələsi qaldırılıb

© Depositphotos.com / Kati MolinDərman
Dərman - Sputnik Azərbaycan, 1920, 25.11.2022
Abunə olmaq
Deputat Fazil Mustafa Azərbaycanda dərman vasitələrinin Türkiyə ilə müqayisədə 3 dəfə baha olduğunu diqqətə çatdırıb.
BAKI, 25 noyabr-Sputnik. "Azərbaycanda dərman vasitələri Türkiyə ilə müqayisədə 3 dəfə bahadır. Kiminsə mənfəət qazanması hesabına onkoloji xəstələr əziyyət çəkir”. Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa bildirib.
“Təsəvvür edin ki, Azərbaycanda ərzaq məhsullarının qiyməti 60% bahalaşıb. Maaşı nə qədər artırırıq artıraq, bu, vətəndaşın yaşamında özünü hiss etdirmir”, - deyə deputat əlavə edib.
© Photo : APAFazil Mustafa
Fazil Mustafa - Sputnik Azərbaycan, 1920, 25.11.2022
Fazil Mustafa
Qeyd edək ki, bundan öncə deputat Vahid Əhmədov da Türkiyədən gələn dərmanların baha olduğunu söyləyib. Onun sözlərinə görə, qiymət artımı ən çox dərman qiymətlərində hiss olunur. Baxmayaraq ki, bu qiymətlər dövlət tərəfindən tənzimlənir.

“Mən dərmanlarımı Türkiyədən gətizdirirəm. Türkiyədə və burada olan dərmanların qiymətində 7-8 dəfə fərq var. Mən başa düşürəm yol, daşıma xərcləri var. Lakin fərq bu qədər olmamlıdır. Bu əhalini ən çox narahat edən problemdir”, - deyə Vahid Əhmədov bildirmişdi.

Onu da bildirək ki, keçən plenar iclasda parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, onkoloji xəstəliklərin icbari tibbi sığorta ilə əhatə olunmaması narazılığa səbəb olur. Deputat bildirib ki, icbari tibbi sığortadan əhalinin məmnunluğu artır:
“Bir qrup xəstəliklər hələ də icbari tibbi sığorta ilə əhatə olunmayıb. Onlar arasında onkoloji xəstəliklər də var. Onkoloji xəstəliklərin icbari tibbi sığorta ilə əhatə olunmaması bu xəstəliyin adekvat müalicəsinə mane olur və insanların narazılığına səbəb olur”.
Xəbər lenti
0