https://sputnik.az/20221125/kecen-il-qirx-milyona-yaxin-usaq-qizilca-eleyhine-peyvend-olunmayib-448932504.html
Keçən il qırx milyona yaxın uşaq qızılca əleyhinə peyvənd olunmayıb
Keçən il qırx milyona yaxın uşaq qızılca əleyhinə peyvənd olunmayıb
Sputnik Azərbaycan
2021-ci ildə bütün dünyada qızılcaya doqquz milyon yoluxma halı və bu xəstəlikdən 128 min ölüm halı qeydə alınıb. 22 ölkədə xəstəliyin ciddi hiddətlənməsi... 25.11.2022, Sputnik Azərbaycan
2022-11-25T09:01+0400
2022-11-25T09:01+0400
2022-11-25T09:01+0400
peyvənd
səhiyyə
ümumdünya səhiyyə təşkilatı
üst
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0c/435113717_0:160:3072:1888_1920x0_80_0_0_e1de417c11d0a210c7df24223df2d6f9.jpg
BAKI, 25 noyabr — Sputnik. Pandemiya başlayandan bəri qızılca əleyhinə peyvəndlə əhatə dayanmadan azalır. 2021-ci ildə 40 milyondan çox uşaq qızılca əleyhinə peyvənd olunmayıb: 25 milyon uşaq - birinci dozanı, daha 14,7 milyon uşaq isə ikinci dozanı ötürüb.Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) yeni məruzəsində deyilir.Qiymətləndirmələrə görə, 2021-ci ildə bütün dünyada qızılcaya doqquz milyon yoluxma halı və bu xəstəlikdən 128 min ölüm halı qeydə alınıb. 22 ölkədə xəstəliyin ciddi hiddətlənməsi qeydə alınıb."Pandemiyanın paradoksu ondan ibarətdir ki, COVID-19 əleyhinə vaksinlərin rekord müddətə işlənib hazırlanması və tarixdə ən böyük vaksinasiya kampaniyası gedişində tətbiq edilməsinə baxmayaraq, planlı immunizasiya proqramları ciddi şəkildə pozulub və milyonlarla uşaq qızılca da daxil olmaqla, ölümcül xəstəliklərə qarşı həyati mühüm peyvəndləri ötürüblər", – deyə ÜST-ün baş direktoru Tedros Qebreyesus bildirib. O, bütün planlı immunizasiya proqramlarını bərpa etməyə çağırıb.Vəziyyət ciddidir: qızılca ən yoluxucu virus infeksiyalardan biridir, lakin vaksinasiya vasitəsilə onun qarşısı alına bilər. Kollektiv immunitetin yaradılması üçün əhalinin 95 faizini vaksinasiya ilə əhatə etmək lazımdır – söhbət qızılca vaksininin iki dozasından gedir. Hazırda dünyada uşaqların təxminən 81 faizi qızılca əleyhinə vaksinin birinci dozasını, uşaqların yalnız 71 faizi bu vaksinin ikinci dozasını alır. Bu, 2008-ci ildən bəri qızılca əleyhinə vaksinasiya ilə əhatənin ən aşağı qlobal göstəricisidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0c/435113717_171:0:2902:2048_1920x0_80_0_0_4b67bbce46806c9550995c16b3b8d14c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
peyvənd, ümumdünya səhiyyə təşkilatı, üst
peyvənd, ümumdünya səhiyyə təşkilatı, üst
Keçən il qırx milyona yaxın uşaq qızılca əleyhinə peyvənd olunmayıb
2021-ci ildə bütün dünyada qızılcaya doqquz milyon yoluxma halı və bu xəstəlikdən 128 min ölüm halı qeydə alınıb. 22 ölkədə xəstəliyin ciddi hiddətlənməsi qeydə alınıb
BAKI, 25 noyabr — Sputnik. Pandemiya başlayandan bəri qızılca əleyhinə peyvəndlə əhatə dayanmadan azalır. 2021-ci ildə 40 milyondan çox uşaq qızılca əleyhinə peyvənd olunmayıb: 25 milyon uşaq - birinci dozanı, daha 14,7 milyon uşaq isə ikinci dozanı ötürüb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) yeni məruzəsində deyilir.
Qiymətləndirmələrə görə, 2021-ci ildə bütün dünyada qızılcaya doqquz milyon yoluxma halı və bu xəstəlikdən 128 min ölüm halı qeydə alınıb. 22 ölkədə xəstəliyin ciddi hiddətlənməsi qeydə alınıb.
"Pandemiyanın paradoksu ondan ibarətdir ki, COVID-19 əleyhinə vaksinlərin rekord müddətə işlənib hazırlanması və tarixdə ən böyük vaksinasiya kampaniyası gedişində tətbiq edilməsinə baxmayaraq, planlı immunizasiya proqramları ciddi şəkildə pozulub və milyonlarla uşaq qızılca da daxil olmaqla, ölümcül xəstəliklərə qarşı həyati mühüm peyvəndləri ötürüblər", – deyə ÜST-ün baş direktoru Tedros Qebreyesus bildirib. O, bütün planlı immunizasiya proqramlarını bərpa etməyə çağırıb.
Vəziyyət ciddidir: qızılca ən yoluxucu virus infeksiyalardan biridir, lakin vaksinasiya vasitəsilə onun qarşısı alına bilər. Kollektiv immunitetin yaradılması üçün əhalinin 95 faizini vaksinasiya ilə əhatə etmək lazımdır – söhbət qızılca vaksininin iki dozasından gedir. Hazırda dünyada uşaqların təxminən 81 faizi qızılca əleyhinə vaksinin birinci dozasını, uşaqların yalnız 71 faizi bu vaksinin ikinci dozasını alır. Bu, 2008-ci ildən bəri qızılca əleyhinə vaksinasiya ilə əhatənin ən aşağı qlobal göstəricisidir.