https://sputnik.az/20221125/dtx-naxcivanda-hebslere-basladi---nanilmaz-reqemler-448953207.html
DTX Naxçıvanda həbslərə başladı - İnanılmaz rəqəmlər
DTX Naxçıvanda həbslərə başladı - İnanılmaz rəqəmlər
Sputnik Azərbaycan
Cinayət işi üzrə araşdırmalar Komitədə "xüsusilə külli miqdarda" mənimsəmənin üstünü açıb. 25.11.2022, Sputnik Azərbaycan
2022-11-25T13:31+0400
2022-11-25T13:31+0400
2022-11-25T13:31+0400
dtx
cəmiyyət
naxçıvan
gömrük
https://cdnn1.img.sputnik.az/img/42435/47/424354700_0:0:1001:563_1920x0_80_0_0_552cc1bec192194c4904e2eb2f15bc3d.jpg
BAKI, 25 noyabr — Sputnik. Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə müstəntiqin Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlu barəsində vəsatətinə baxılıb.Sputnik Azərbaycan-ın xəbərinə görə, Səbail Rayon Məhkəməsində keçirilən prosesdə vəsatət təmin edilib. Məhkəmədə Mənsur Əsgərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.Qeyd edək ki, cinayət işi üzrə araşdırmalar Komitədə "xüsusilə külli miqdarda" mənimsəmənin üstünü açıb. Belə ki, Mənsur Əsgərov qabaqcadan əlbir olan bir qrup şəxs halında 132 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunur. İttihamın mahiyyətindən görünür ki, NMR DGK vəzifəli şəxsləri dövlət gömrük rüsumlarının rəsmiləşdirildiyi ümumi elektron sistemdən əlavə, rəsmiləşdirilmədən idxal olunan mallara görə qeyri-rəsmi ikinci yığım sistemi yaradıblar. Cinayət işinin gedişatı barədə əlavə xüsusatlar dəqiqləşdirilir.Xatırladaq ki, ötən gün Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində əməliyyat aparmasına dair məlumat yayılmışdı. Məlumat üçün onu da bildirək ki, bundan əvvəl Dövlət Gömrük Komitəsinin dörd vəzifəli şəxsi həbs olunmuşdu. Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi vəzifəsində işləyən Rəsulov Məsum Eynalı oğlunun öz vəzifə səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə, qabaqcadan əldə edilmiş sövdələşməyə uyğun olaraq Dövlət Gömrük Komitəsinin digər vəzifəli şəxsləri vasitəsilə "Azərterminalkompleks" Birliyi tərəfindən hüquqi xidmət, reklam işləri, təlim-tədris və texniki servis xidmətlərinin göstərilməsi adı altında "Azerbaijan Legal Consulting İnternational Services" MMC, "Nanoc" MMC, "Veqa-Servis" MMC, "Meqan Group" MMC, "Omega Servis IKO" MMC, "Delta Servis İKO" MMC və digər şirkətlərin hesabına köçürülən, müvafiq işlər görülmədən və xidmətlər göstərilmədən nağdlaşdırılaraq geri qaytarılan xüsusilə külli miqdarda dövlət büdcəsi vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən olunmuşdu.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42435/47/424354700_0:0:921:691_1920x0_80_0_0_da243918ace94ecb35d2a8ee700f30fe.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
dtx, naxçıvan, gömrük
DTX Naxçıvanda həbslərə başladı - İnanılmaz rəqəmlər
Cinayət işi üzrə araşdırmalar Komitədə "xüsusilə külli miqdarda" mənimsəmənin üstünü açıb.
BAKI, 25 noyabr — Sputnik. Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə müstəntiqin Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlu barəsində vəsatətinə baxılıb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, Səbail Rayon Məhkəməsində keçirilən prosesdə vəsatət təmin edilib. Məhkəmədə Mənsur Əsgərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, cinayət işi üzrə araşdırmalar Komitədə "xüsusilə külli miqdarda" mənimsəmənin üstünü açıb. Belə ki, Mənsur Əsgərov qabaqcadan əlbir olan bir qrup şəxs halında 132 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunur. İttihamın mahiyyətindən görünür ki, NMR DGK vəzifəli şəxsləri dövlət gömrük rüsumlarının rəsmiləşdirildiyi ümumi elektron sistemdən əlavə, rəsmiləşdirilmədən idxal olunan mallara görə qeyri-rəsmi ikinci yığım sistemi yaradıblar. Cinayət işinin gedişatı barədə əlavə xüsusatlar dəqiqləşdirilir.
Xatırladaq ki, ötən gün Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində əməliyyat aparmasına dair məlumat yayılmışdı. Məlumat üçün onu da bildirək ki, bundan əvvəl Dövlət Gömrük Komitəsinin dörd vəzifəli şəxsi həbs olunmuşdu. Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi vəzifəsində işləyən Rəsulov Məsum Eynalı oğlunun öz vəzifə səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə, qabaqcadan əldə edilmiş sövdələşməyə uyğun olaraq Dövlət Gömrük Komitəsinin digər vəzifəli şəxsləri vasitəsilə "Azərterminalkompleks" Birliyi tərəfindən hüquqi xidmət, reklam işləri, təlim-tədris və texniki servis xidmətlərinin göstərilməsi adı altında "Azerbaijan Legal Consulting İnternational Services" MMC, "Nanoc" MMC, "Veqa-Servis" MMC, "Meqan Group" MMC, "Omega Servis IKO" MMC, "Delta Servis İKO" MMC və digər şirkətlərin hesabına köçürülən, müvafiq işlər görülmədən və xidmətlər göstərilmədən nağdlaşdırılaraq geri qaytarılan xüsusilə külli miqdarda dövlət büdcəsi vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən olunmuşdu.