Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Direktorlar yüksək bal toplayan müəllimlərin arasından seçiləcək - Əmrullayev

© Sputnik / Zulfiyya GuluyevaElm və Təhsil naziri Emin Əmrullayev
Elm və Təhsil naziri Emin Əmrullayev - Sputnik Azərbaycan, 1920, 25.11.2022
Abunə olmaq
Nazir bildirib ki, hazırda sertifikasiyadan keçmiş müəllimlər 928 manat maaş alır.
BAKI, 25 noyabr - Sputnik. Ölkədə müəllimlərin maaşı 20 faizədək artıb. Bunu bu gün keşirdiyi brifinqdə elm və təhsil naziri Emin Əmrullayev bildirib.
Onun sözlərinöə görə, müəllimin dərs saatı aşağı olanda maaşı da az olur.
"273 müəllimin dərs yükü həftədə 6 saatdan azdır”, - deyə nazir bildirib.
Emin Əmrullayev onu da bildirib ki, sertifikasiyadan keçmiş müəllimlər 928 manat maaş alır, orta hesabla müəllimlər 1140 manat maaş alır.
Direktorların maaşına gəlincə isə nazir bildirib ki, əməkhaqlarında 58 faiz artım baş verib:
”Paytaxtda, Sumqayıtda direktorların maaşı 2000-2500 manat təşkil edəcək. Gələcəkdə sertifikasiya prosesində direktorları yüksək bal toplayan müəllimlərin arasından seçəcəyik”.
Xəbər lenti
0